SON XƏBƏRLƏR

Türkiyə Konstitusiya Məhkəməsinin qərarı dərc olunub . Sənəddə AKP dünyəviliyə qarşı fəaliyyətlərin qaynağı sayılır

2021.10.20, 07:36
Türkiyə Konstitusiya Məhkəməsinin qərarı dərc olunub . Sənəddə AKP dünyəviliyə qarşı fəaliyyətlərin qaynağı sayılır

Gunaz.tv
Türkiyə Konstitusiya Məhkəməsinin qərarı dərc olunub Sənəddə AKP dünyəviliyə qarşı fəaliyyətlərin qaynağı sayılır akp.jpg Türkiyə Konstitusiya Məhkəməsinin AKP haqqında qərarı "Rəsmi Qəzet"də yayımlanıb. Xatırladaq ki, Appelyasiya Məhkəməsinin baş prokuroru Abdurrahman Yalçınkaya, hakim partiyanın dünyəviliyə qarşı fəaliyyətin qaynağı olduğunu iddia edərək Konstitusiya Məhkəməsinə müraciət etmişdi. İddiayla bağlı 30 iyunda qərar çıxarılıb. Konstitusiya Məhkəməsində AKP-nin bağlanması üçün hakimlərin lazımi səs çoxluğu əldə edilməmişdi. Konstitusiya Məhkəməsinin 11 üzvündən 7-i bağlanma qərarının lehinə səs versə, 4 üzv hakimi partiyanın əməllərinin lnun bağlanması üçün yetərli olmadığını, bu təşkilatın büdcədən maliyələşməsinin qadağan edilməsini məqbul saymışdı. Ramiz Mikayıloğlu Ümumilikdə, 11 nəfərdən 10-u AKP-nin dünyəvliyə qarşı fəaliyyətlərin qaynağı durumuna gəldiyiylə razılaşmış, yalnız başqan Haşim Kılıç iddainın rədd edilməsi əlehinə çıxmışhı. Nəticədə də hakim partyia büdcədən ayrılmış vəsaitin yarımsından məhrum edilmişdi. Dərc olunan qərarda da AKP-nin dünyəviliyə qarşı fəaliyyətlərin qaynağı olduğu xüsusi vurğulanıb. Qərarda yazılır ki, bu cür fəaliyyət partiyanın mərkəzi orqanları və başqan tərəfindən ihəm dəstəklənib, həm də onlar bu cür əməllərdə iştirak ediblər: "Haqqında dava açılan partiya dini hissləri istismar edib, şəriəti üstün mövqeyə çıxaramağa çalışıb. Şəriətdə bütün toplumun islami düzənə qovuşdurmağı əsas sayan cihad məsələsini nəzərə alsaq, dünyəvi rejimi devirmək üçün gücdən istifadənin və bu təhlükənin uzaq olmadığı bir gerçəkdir. Bu partiyanın "milli iradə" anlayışında anladığı iqtidar yanaşaması çoxluğun diktaturasına açıq işarədir. İddianamədə yer verilən faktlar dünyəvi hüquq sistemiylə bir araya gəlmir. AKP-nin demokratik sistemin imkanlarındany ararlanıb dövləti və cəmiyyəti şəriət sisteminə yönəltəmsi yönündə səyləri mövcud qanunvericiliyə ziddir". Qərarda AKP-nin dünyəviliyə qarşı 30 əməlinin olduğu vurğulanıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar