Əmirhüseyn Ağayi Təbrizdə həbs edilib
Güneyli fəal Mehrdad Qaderi Təbriz həbsxanasına köçürülüb
İranda illik inflyasiya 76,8 faizə çatıb: ərzaq məhsullarında kəskin bahalaşma
Küveyt İran səfirini çağırıb
Ramil Həsən Cevdet Yılmazla Azərbaycan-Türkiyə münasibətlərini müzakirə edib
ABŞ İsrailə daha çox “Patriot” hava hücumundan müdafiə sistemi göndərir
Sabah Ankarada TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçiriləcək
Ermənistan parlamenti TRIPP layihəsi üzrə sazişi təsdiqləyib
Allahşükür Paşazadə: Dindarlar hər zaman dövlətimizin yanındadırlar, xaricdən gələcək hər bir təxribata cavab verməyə hazırıq
Iranda daha altı məhbus edam edilib
İrandan Azərbaycana külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb
Sulduzlu sosial media fəalı müvəqqəti olaraq sərbəst buraxılıb
Netanyahu: İran heç vaxt olmadığı qədər zəifdir
Tramp seçkilərdən sonra İrana zərbə endirilməsinin mümkün olduğunu bildirib
İranın şəhər bələdiyyə sədri silahlı hücum nəticəsində öldürülüb
ABŞ İranın Amerika hərbi gəmilərinin Hörmüzdən çıxması barədə bəyanatını təkzib edib
CNN: ABŞ İrana genişmiqyaslı hərbi zərbələr endirməyə hazırlaşır
Biləsuvarda daşqın səkkiz kəndə ziyan vurdu
Ərdəbilli fəal həbs edilib
İranda iki Litva vətəndaşı həbs edilib
ABŞ İrana qarşı mümkün hərbi əməliyyat barədə Körfəz ölkələrini xəbərdar edib
İraqlı etirazçılar: “İran, itlərini geri çək!” (Video)
İran işğalçı rejiminin Azərbaycan Respublikasında din və hicabı müdafiə etməsi, işğal altındakı Əhvazda isə sünnilərin və vilayəti-fəqihə tabe olmayan şiələrin toplantılarını qadağan etməsi və onları həbs etməsi arasındakı ziddiyyət!!
İranda Güneyli rejissor həbs və əmlakının müsadirəsi cəzasına məhkum edilib
Dövlət Bağçalı: Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür
Traxtur “Malavan”a qarşı 3:0 hesabı ilə məğlub elan edildi
Məkkə Sazişi Türkiyə parlamentinin komissiyasında qəbul edilib
Əhməd Xatəmi: Müctəba Xameneinin seçilməsi Allahın işi idi! Onu cəmi bir dəqiqəyə seçdik!
Həmədanda iş qəzası- Daha bir nəfər həlak oldu
Sistan və Bəlucistanda daha bir neçə nəfər həbs edildi
Məqsəd Tehranın nüvə və raket proqramının məhvı olmalıdır- Eisenkot
Culfalı müəllim kəşfiyyat idarəsində dindirilib
İDDİA: Tehran görüşündən öncə zalda dinləmə cihazı tapılıb
Misir husilərin hücumlarına qarşı Səudiyyə Ərəbistanına hərbi dəstək göstərilməsinə icazə verib
Yəmən qüvvələri: 24 saat ərzində İranın dəstəklədiyi husilərin 382 üzvü öldürülüb
Küveyt Baş nazir müavininə sui-qəsd planı ittihamı ilə Iranla əlaqəli üç nəfəri edama məhkum edib – AFP
İranla atəşkəs vaxt itkisi idi - Tramp
Fevralın 28-dən mayın 9-dək 4 mindən çox şəxs həbs edilib, yanvar etirazları ilə bağlı 29 nəfər edam olunub
Azərbaycan Prezidenti: Özümüzü yarana biləcək istənilən çətinlikdən qorumaq üçün lazımi tədbirlər görməliyik
Prezident: Kiminsə bizə nəyisə diktə edə biləcəyi barədə əsassız düşüncələr bundan sonra da qətiyyətli mövqeyimizlə qarşılanacaq
Azərbaycan lideri: Dövlətçiliyimizi, müstəqilliyimizi və həyat tərzimizi qorumaq üçün qətiyyətli olmalıyıq
Təbrizsə təqaüdçülər yenidən aksiya keçirdilər
Qərbi Azərbaycanda bu qədər mədən ehtyatı var- Rəsmi
Cənubi Qafqaz regionunda situasiya qeyri-sabit olaraq qalmaqdadır. Belə ki, bu regionda cərəyan edən geopolitik proseslər gərginlik səviyyəsini hələ də saxlayır. Üstəlik, proseslərin gərginləşmə intensivliyində də müəyyən yüksəliş meylləri müşahidə edilməkdədir. Ona görə də, Cənubi Qafqaz regionunda yaranmış vəziyyəti qeyri-müəyyən situasiya kimi də xarakterizə etmək mümkündür. Ən azından ona görə ki, bu situasiyanın necə nəticələnə biləcəyini hələlik tam şəkildə müəyyənləşdirmək mümkün deyil. Bu isə istər-istəməz Cənubi Qafqaz regionunun gələcək taleyi ilə bağlı ciddi narahatlıqların yaranmasına tamamilə əsas verir. Onu da qeyd etmək lazımdır ki, hazırda Cənubi Qafqazda mövcud olan vəziyyət həm də böhranlı situasiya görüntüsü verir. Hər halda bu regionda yaranmış hərbi-siyasi gərginlik öz aktuallığını qoruyub saxlayır. Və bu gərginliyin istənilən vaxt region dövlətləri arasında silahlı toqquşmalara yol aça biləcəyi qətiyyən istisna olunmur. Məsələ ondadır ki, Rusiya və Gürcüstan arasında avqustun 8-dən etibarən yaranmış və son həddə çatmış hərbi-siyasi qarşıdurma öz əvvəlki mahiyyətini qoruyub saxlayır. Hər halda, bu qarşıdurmanın keyfiyyətində hər hansı ciddi dəyişiklik əlamətləri müşahidə edilmir. Əksinə, Rusiya-Gürcüstan qarşıdurması növbəti dəfə təkrarlanmaq təhlükəsini hər ötən gün daha da artırmaqdadır. Hətta bu təhlükənin tamamilə real olması barədə hər iki qarşıduran tərəfin təmsilçiləri tərəfindən müəyyən xəbərdarlıqlar olunmaqda davam edir. Maraqlıdır ki, rəsmi Tiflis həm imkanda Rusiyanı ittiham etmək şansından yararlanmağa çalışır. Xüsusilə də, Kremlin Gürcüstana qarşı planlı şəkildə pozuculuq fəaliyyəti göstərildiyini iddia edir. Rəsmi Tiflis hesab edir ki, Rusiyanın Cənubi Osetiya və Abxaziya ərazilərində öz hərbi kontingentinin sayını bir neçə dəfə artırması Kremlin Gürcüstana qarşı işğalçılıq niyyətinin hələ də qüvvədə qalmasından xəbər verir. Və Kremlin əsas məqsədinin Gürcüstanı bir dövlət kimi zəiflədərək parçalamağa nail olmaqdan ibarətdir. Təbii ki, Kreml də rəsmi Tiflisin bu ittihamlarını cavabsız qoymur. Belə ki, Rusiyanın siyasi rəhbərliyi Gürcüstan prezidenti Mixail Saakaşvilini cinayətkar hesab edir. Kreml hesab edir ki, prezident M.Saakaşvilinin məsuliyyətsiz davranışları ucbatından minlərlə insan həlak olub. Onlarca şəhər dağılıb. Gürcüstan qoşunlarının hərbi müdaxilə etdiyi ərazilərdə yaşayış obyektlərinin dağıdılması ucbatından çoxlu sayıda dinc sakin daimi yaşayış yerlərindən məhrum olub. Və bütün bu ittihamlara istinad edən Rusiyanın siyasi rəhbərliyi prezident M.Saakaşvilinin dərhal istefa verərək hakimiyyətdən çəkilməsində israrlı mövqe tutur. Ancaq Kremlin Gürcüstana yönəlik ittihamları yalnız bunlarla bitmir. Rusiya rəhbərliyi hər imkanda Gürcüstana qarşı xəbərdarlıq mesajları ünvanlamağı da qətiyyən unutmur. Belə ki, Kreml rəsmi Tiflisin yenidən ABŞ və Qərbin himayəsinə sığınmağa can atmasından qıcıqlandığını gizlətmir. Əksinə, rəsmi Tiflisin bu davranışlarının növbəti silahlı toqquşmalara yol aça biləcəyi barədə açıq-aşkar xəbərdarlıq etməyi vacib sayır. Buna misal kimi, Kremlin son xəbərdarlıq mesajını göstərmək mümkündür. Məsələ ondadır ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Cənubi Qafqaz regionunda yeni hərbi toqquşmaların ola biləcəyi barədə qəti xəbərdarlıq edib. Onun sözlərinə görə, belə xoşagəlməz olayların baş verməməsi üçün həm region dövlətləri, həm də Cənubi Qafqazda fəaliyyət göstərən bəzi beynəlxalq siyasi dairələr öz davranışlarına ciddi şəkildə diqqət yetirməlidirlər. Rusiya rəsmisinin belə sərt açıqlama verməsinə Cənubi Qafqaz regionunda Avropa Birliyinin atdığı adımlarla bağlı narazılıq səbəb olub. Belə ki, Avropa Birliyi gürcü-osetin və gürcü-abxaz münaqişə zonalarının ətrafında müşahidəçilər yerləşdirmək qərarına gəlib. Avropa Birliyi həmin bölgələrdə nəzərdə tutduğu müşahidə məntəqələrinin hamısını təşkil etməyə nail olmasa da, hər halda, bu qurumun təmsilçiləri artıq bəzi yerlərdə müşahidəçilik missiyasının icrasına başlayıblar. Rusiyanı narazı salan əsas məqam da elə məhz bununla birbaşa bağlıdır. Çünki Rusiya Avropa Birliyinin Gürcüstanda müşahidə missiyasını öz üzərinə götürməsinin yersiz addım kimi dəyərləndirir. Kreml əmindir ki, Cənubi Osetiya və Abxaziya ərazilərindəki rus sülhməramlıları gürcü-osetin və gürcü-abxaz münaqişə zonalarında atəşkəsin təmin edilməsi üçün tamamilə yetərlidir. Əslində, Kreml Avropa Birliyinin müşahidəçilik missiyasının münaqişə zonalarında vəziyyətin daha da gərginləşməsinə münbit şərait yaratdığını iddia edir. Belə ki, Kreml rəsmi Tiflisi Avropa Birliyinin müşahimdəçilərinin bölgəyə gəlməsindən yararlanaraq münaqişə zonası ətrafında hərbi qüvvələrini artırmaqda suçlayır. Rusiya hesab edir ki, rəsmi Tiflisin bu davranışları hansısa mərhələdə münaqişə bölgələrində qarşıdurmanı gücləndirə bilər. Busa, istər-istəməz silahlı toqquşmalara stimul verən faktorlardan sayılır. Təbii ki, Kreml Rusiyanın bu mövqeyinin beynəlxalq siyasi iradə mərkəzləri tərəfindən diqqətə alınmasının vacibliyində əmindir. Ən azından ona görə ki, Kreml Cənubi Qafqaz regionunu Rusiyanın təsir dairəsində olan məkanlardan sayır. Və belə məkanlarda hər hansı kənar dövlətin fəaliyyətinə qıcıqla yanaşır. Bu baxımdan, Kremlin son açıqlamalarını məhz Avropa Biriliyinin Rusiyanın regional maraqlarına müdaxilə etməsindən qaynaqlanan xəbərdarlıq kimi də dəyərləndirmək mümkündür. Ancaq son günlər Kremlin analoji xəbərdarlıqlarının intensivləşməsi də qətiyyən diqqətdən yayınmır. Və bu intensivləşməni NATO-nun yaxınlaşmaqda olan növbəti zirvə toplantısıyla da izah etmək mümkündür. Belə ki, NATO dövlətləri bu ilin ilk yarısında keçirilmiş son sammitdə, ilin sonunda düzənlənəcək növbəti zirvə toplantısında Gürcüstanın bu quruma tam hüquqlu üzv qəbul edilməsi məsələsinə aydınlıq gətirilməsi barədə prinsipial qərar qəbul etmişdi. İndisə, dekabrda keçirilməsi nəzərdə tutulan növbəti sammitə çox az vaxt qalıb. Ona görə də, Kreml son açıqlamalarıyla ABŞ və Qərbə Gürcüstanın NATO-ya üzvlük məsələsində ehtiyatlı davranmağın vacibliyini xatırlatmağa çalışır. Və yaranmış situasiyanı nəzərə aldıqda, Gürcüstanın NATO-nun "təhlükəsizlik çətiri" altına sığınmaq niyyətlərinin yaxın gələcəkdə baş tutacağı hələlik o qədər də inandırıcı görünmür. Bu baxımdan, reallıqda proseslərin hansı nəticələr verəcəyini dəqiqləşdirmək üçün o qədər də çox gözləmək lazım gəlməyəcək. Elçin XALİDBƏYLİ sherg
Iranda daha altı məhbus edam edilib
Netanyahu: İran heç vaxt olmadığı qədər zəifdir
İranın şəhər bələdiyyə sədri silahlı hücum nəticəsində öldürülüb
Biləsuvarda daşqın səkkiz kəndə ziyan vurdu
İranda iki Litva vətəndaşı həbs edilib
ABŞ İrana qarşı mümkün hərbi əməliyyat barədə Körfəz ölkələrini xəbərdar edib
Dövlət Bağçalı: Azərbaycan-Türkiyə qardaşlığı siyasi məsələlərdən üstündür
Culfalı müəllim kəşfiyyat idarəsində dindirilib
Misir husilərin hücumlarına qarşı Səudiyyə Ərəbistanına hərbi dəstək göstərilməsinə icazə verib
Küveyt Baş nazir müavininə sui-qəsd planı ittihamı ilə Iranla əlaqəli üç nəfəri edama məhkum edib – AFP
İranla atəşkəs vaxt itkisi idi - Tramp
Təbrizsə təqaüdçülər yenidən aksiya keçirdilər
Dəniz blokadası İranın ixracatını 23% azaldıb
Ocanda əfqanistanlılar həbs edilib
ABŞ qüvvələri İrana hücum üçün Trampın əmrini gözləyir- CNN
Zəncanda iş qəzası- Bir nəfər həlak oldu
İbrahim Kalın İrana səfər edəcək
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
BMT-nin İrandakı xüsusi məruzəçisi: Müharibə ölkədə repressiyaları daha da gücləndirib
Həmədanda iş qəzaları- 327 nəfər...
İran aviasiyası iflic olub- Səbəb
İki ay ərzində İranda 38 qadın və uşaq öldürülüb
İraq müxalif kürdləri İrana təhvil verəcək- İran səfiri
İraq da İranla sərhəddi bağladı
ABŞ diplomatlarını regiondan çıxarır
İranda daha səkkiz məhbus edam edildi
İranla bağlı Çin və Rusiya ilə əməkdaşlıq edirik- Tramp
İranda dollar yenidən bahalaşmağa başladı
Türkiyədə 13 ölkədən 33 şair və yazıçının iştirakı ilə görüş keçirilib: Güney Azərbaycanı təmsil edən şairlər Talasda
Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib
TƏCİLİ | İranın cənubunda bir neçə partlayışın baş verdiyi bildirilir
Türkiyə Yunanıstanı Qərbi Trakya türklərinin iradəsinə hörmət etməyə çağırıb
Kürd partiyasının düşərgəsi vuruldu- SEPAH
ABŞ Türkiyə-Livan təklifinin mövcudluğunu təkzib edib: İranın dəstəklədiyi Hizbullah tərksilah olunmalıdır
İranın dəstəklədiyi terrorçuların Məkkə və Mədinəyə raket hücumu
Iranda daha altı məhbus edam edilib
Səkkiz aydır görüntü və səs yoxdur; İran rəsmiləri Müctəba Xamenei ilə görüşdüklərini bildirirlər