SON XƏBƏRLƏR

TÜRKİYƏ ORDUSU PKK HÜCUMUNUN QARŞISINI ALIB . Son bir neçə gün ərzində 40-dan çox terrorçu məhv edilib

2021.10.20, 07:36
TÜRKİYƏ ORDUSU PKK HÜCUMUNUN QARŞISINI ALIB . Son bir neçə gün ərzində 40-dan çox terrorçu məhv edilib

Gunaz.tv
TÜRKİYƏ ORDUSU PKK HÜCUMUNUN QARŞISINI ALIB Son bir neçə gün ərzində 40-dan çox terrorçu məhv edilib Türkiyə silahlı qüvvələri PKK-nın iki hərbi məntəqəyə planlaşdırdığı hücumun qarşısını alıb. Baş Qərargahın rəsmi nümayəndəsi general Mətin Gürak keçirdiyi brifinqdə bildirib ki, silahlı qüvvələr oktyabrın 21-də və 22-də PKK-çıların çoxsaylı qrupunun Vanın Başkalə qəsəbəsi yaxınlığındakı hərbi kazarmaya və Hakkarinin Dağlıca qəsəbəsi ərazisindəki hərbi məntəqəyə yaxınlaşdığını, pusqu qurduğunu təsbiq edib. Terrorçulara qəfil hücum edən təhlükəsizlik qüvvələri onları ağır itkiyə məruz qoyub. Generalın sözlərinə görə, bir gün əvvəl Hakkari bölgəsində terrorçuların cəmləşdiyi nöqtələrə havadan və qurudan güclü zərbələr endirilib, terrorçulardan bir neçəsi ölüb, qalanlar isə İraqın şimalına doğru qaçıb. Gürak deyib ki, hər iki bölgədə terrorçuların axtarışı və məhv edilməsi üzrə əməliyyatlar davam etdirilir. General deyib ki, son bir neçə gün ərzində ölkənin cənub-şərqində və İraqın şimalında aprılan əməliyyatlar zamanı 40-dan çox terroçu məhv edilib, 7-i sağ ələ keçirilib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar