SON XƏBƏRLƏR

VƏLİ KİÇİK KİRAYƏDƏ YAŞAYIRMIŞ

2021.10.20, 07:36
VƏLİ KİÇİK KİRAYƏDƏ YAŞAYIRMIŞ

Gunaz.tv
VƏLİ KİÇİK KİRAYƏDƏ YAŞAYIRMIŞ “Ergenekon” rəhbərləri arasında göstərilən generalın məhkəməyə verdiyi ifadədən: “Pensiyamın yarısı ev kreditinə gedir” 4459.jpg Türkiyədə silahlı terror təşkilatı kimi təqdim olunan “Ergenekon”la bağlı oktyabrın 20-də başlayan məhkəmə prosesi davam edir. Silivri həbsxanasında keçirilən məhkəmə prosesinin dünənki iclasında iş üzrə həbsdə olan şübhəli şəxslərin ifadələri alınıb. Hakim prosedura uyğun olaraq müttəhimlər kürsüsündə oturan 46 nəfərə bir-bir müraciət edərək onlardan özləri haqda məlumat verməyi, habelə aylıq qazanclarının məbləğini açıqlamağı istəyib. Həbs edilənlərdən bir çoxu istefada olan zabitlər olduğuna görə onlar aylıq qazanclarının dövlətdən aldıqları pensiyadan ibarət olduğunu deyiblər. Məsələn, istefada olan kapitan Müzəffər Təkin deyib ki, hazırda PKK-ya qarşı döyüşlərdə iştirak etmiş keçmiş hərbçi kimi 1500 lirə pensiya alır, başqa qazancı yoxdur. İstefada olan zabitlərdən Zəkəriyyə Öztürk də yeganə qazancının hərbçi kimi aldığı pensiyadan ibarət olduğunu deyib. “Ergenekon”un liderlərindən biri kimi təqdim edilən istefada olan jandarma generalı Vəli Kiçik isə deyib ki, aylıq gəliri 3200 lirə məbləğində pensiyadır. Kiçik özəl təhlükəsizlik şirkətlərindən birində 20 faizlik paya malik olduğunu, ancaq buradan gəlir götürmədiyini və həmişə ziyana getdiyini deyib. General ifadəsində deyib ki, son vaxtlara qədər kirayədə yaşayıb, 2 il əvvəl isə bank krediti ilə mənzil alıb: “Hazırda pensiyamın yarısı ev kreditinə gedir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar