SON XƏBƏRLƏR

Elektrikli ayaqqabı . Yaponların yeni icadı telefonların boşalmış batareyasını dolduracaq

2021.10.20, 07:36
Elektrikli ayaqqabı . Yaponların yeni icadı telefonların boşalmış batareyasını dolduracaq

Gunaz.tv
Elektrikli ayaqqabı Yaponların yeni icadı telefonların boşalmış batareyasını dolduracaq Yaponiyanın məşhur NTT şirkəti cib telefonunun batareyasını dolduran hidravlik ayaqqabı icad edib. Şirkətin mühəndislərinin hazırladığı ayaqqabıların su ilə dolu dabanında quraşdırılan kiçik mühərrikdə insan yeridikcə suyun hərəkətə gəlməsi nəticəsində elektrik enerjisi yaranır. Bu ayaqqabılar 3 saata tamam boşalmış telefonun batareyasını doldurur. Yeri gəlmişkən, Yaponiyanın dəmir yolu şirkəti hər gün milyonlarla sərnişinin ayaqladığı xalıların elektrik enerjisi verməsi layihəsi üzərində çalışır. AYXAN ---------------------------------------------------------------------- "Azərbaycandan Rusiyaya köçmək istəyənlər çox deyil" Moskvada Rusiya Ümumdünya Soydaşlar Konfransı keçiriləcək Oktyabrın 31-də və noyabrın 1-də Moskvada Rusiya Ümumdünya Soydaşlar Konfransı keçiriləcək, Tdbirdə "Sodrujestvo" - Azərbaycanda Yaşayan Xalqların Həmrəyliyi İcmasının sədri Tatyana Kərimovanın rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edəcək. Tatyana Kərimovanın APA-ya verdiyi məlumata görə, nümayəndə heyətinə Azərbaycanın Rus İcmasının sədri, Gəncə Rus İcmasının rəhbəri, Ləzgi Mərkəzinin sədri və Tatar Mərkəzinin Gənclər Hərəkatının üzvü daxildir. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun sədrliyi ilə keçiriləcək tədbirdə xaricdə yaşayan rusların problemləri, onlarla işin qurulması, 2009-2010-cu illər üçün strategiya, rus dili və rus mədəni irsinin qorunması məsələləri, könüllü şəkildə Rusiyaya qayıtmaq istəyənlərə yardım üzrə dövlət proqramına əlavələr müzakirə olunacaq, fərqlənən şəxslərə dövlət mükafatları təqdim ediləcək. Kərimova Azərbaycandan Rusiyaya köçüb getmək istəyən rusdillilərin sayının çox olmadığını söyləyib: "Mən konfransda çıxış edərək Azərbaycanda yaşayan soydaşlarımız barədə məlumat verəcəyəm. Bizim çıxışlarımız hər zaman pozitiv olur, çünki demək olar ki, problemlərimiz yoxdur, yaranan bəzi problemlər isə bütün Azərbaycan vətəndaşlarının ümumi problemi olduğu üçün ölkə daxilində həllini tapır".

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar