SON XƏBƏRLƏR

OPEC HASİLATI KƏSKİN AZALTDI, NEFT İSƏ DƏRHAL UCUZLAŞDI

2021.10.20, 07:36
OPEC HASİLATI KƏSKİN AZALTDI, NEFT İSƏ DƏRHAL UCUZLAŞDI

Gunaz.tv
OPEC HASİLATI KƏSKİN AZALTDI, NEFT İSƏ DƏRHAL UCUZLAŞDI “The Wall Street Journal”dan ruslara sual: “Neft baha idi deyə elə bilirdiniz siz dahisiniz?” Neft hasil edən ölkələrin qrupu OPEC təcili toplantı keçirərək hasilatı gündə 1.5 milyon barrelə endirməyə qərar verib. Bununla da noyabrın 1-dən etibarən OPEC ölkələri dünya bazarlarına indi olduğu kimi sutkada 28.8 milyon barrel deyil, bundan 1.5 milyon barrel az neft çıxaracaq. Bu qərar dünya bazarlarında neftin kəskin ucuzlaşması ilə bağlıdır. Belə ki, bu ilin iyun ayından bəri neft 2 dəfə ucuzlaşıb. Danışıqlardan öncə Küveytin neft naziri deyib ki, OPEC-in dünya iqtisadiyyatına təsir etməyəcək həcmdə tədbir görəcəyini gözləyir. OPEC prezidenti hasilatın nəzərəçarpacaq dərəcədə azaldılmasının mövcud maliyyə böhranını pisləşdirə biləcəyinə dair narahatlıqları etiraf edib. OPEC ölkələrinin konfransından əvvəl neftin ucuzlaşmasından çox narahat olan və büdcəsində kəsir yaranan İran hesab edirdi ki, hasilatı sutkada 2 milyon barrel azaltmaq lazımdır. İqtisadiyyatı neftdən asılı olan digər OPEC ölkəsi Venesuela isə hasilatın 1 milyon barrel aşağı salınmasına çağırırdı. OPEC ölkələri hesab edir ki, neftin qiymətinin 70 dollardan aşağı düşməsinə yol vermək olmaz. Lakin hasilatın azaldılacağı haqda qərar bazarlara əks-təsir edib. OPEC-in qərarının açıqlanmasından dərhal sonra Nyu York birjasında neft daha 6 faiz ucuzlaşaraq 60 dollara enib. “Bloomberg” agentliyinin xəbərinə görə, Rusiya istehsalı olan “Urals” markalı neft dünən 58.3 dollara satılırdı. Yüksək keyfiyyətli “Light” markalı neft isə 61 dollar həddində satılır. Analitiklər birjaların OPEC-in qərarına bu cür reaksiya verməsini izah etməkdə çətinlik çəkir. Çünki indiyədək bir qayda olaraq OPEC-in hasilatı azaltmaq haqda qərarlarına birjalar neftin bahalaşması ilə reaksiya verirdi. Lakin indi bir çox analitiklərə görə dünyadakı iqtisadi geriləmə davam edəcək və neftə tələbat azalacaq. Bu baxımdan OPEC-in hasilatı azaltması bazarlarda neft qıtlığı yaratmayacaq. Qeyd edək ki, OPEC dünyanın neftə tələbatının təqribən 40 faizini təmin edir. Qeyd edək ki, neftin hazırkı qiymətləri ilə iqtisadiyyatı neftdən asılı olan Azərbaycan, Rusiya kimi ölkələr üçün büdcə kəsiri deməkdir. Çünki büdcədə neftin qiyməti 70 dollardan hesablanır. “The Wall Street Journal” qəzeti neftin ucuzlaşması ilə Rusiyanın düşüdüyü vəziyyəti şərh edərək yazır ki, Moskva baş verənlərə görə Amerikanı günahlandırır. Bildirilir ki, Rusiya üzləşdiyi iqtisadi böhranla bağlı strateji valyuta ehtiyatlarından gündə 2 milyard itirir. İlin sonunadək bu ehtiyatların həcmi 150 milyard dollar azalacaq. Qəzet yazır ki, neftin hesabına əldə edilən iqtisadi inkişaf Rusiyanın özünəinamlı siyasət yeritməsinə, ABŞ-la qarşıdurmaya getməsinə, Gürcüstana müdaxilə etməsinə səbəb olmuşdu. İndi isə Rusiya iqtisadiyyatı çökür, oliqarxlar tələm-tələsik səhmlərini satır, şirkətlər dövlətdən kömək istəyir. Hökumət böhrana qarşı 200 milyard dollarlıq paket irəli sürsə də bunun köməyi olmayıb. Amerikanın işgüzar çevrələrinə bağlı qəzet ruslara belə sual ünvanlayır: “Neft baha idi deyə elə bilirdiniz siz dahisiniz?” MUSAVAT

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar