SON XƏBƏRLƏR

GÜNEY Azərbaycanlılarının hüquqları uğrunda hərəkatın fəallarından Qulamrza Əmani həlak olub

2021.10.20, 07:36
GÜNEY Azərbaycanlılarının hüquqları uğrunda hərəkatın fəallarından Qulamrza Əmani həlak olub

Gunaz.tv
GÜNEY azərbaycanlılarının hüquqları uğrunda hərəkatın fəallarından Qulamrza Əmani həlak olub qulamrzaemani.jpg Bakı. Ramil Məmmədli-APA. İran azərbaycanlılarının hüquqları uğrunda hərəkatın fəallarından Qulamrza Əmani avtomobil qəzasında həlak olub. İrandakı mənbələrdən APA-ya verilən məlumata görə, hadisə oktyabrın 23-də axşam saatlarında Təbriz yaxınlığında baş verib. Hadisə zamanı avtomobildə olan Qulamrza Əmani və qardaşı dünyasını dəyişiblər. Hadisənin təfərrüatları haqqında isə heç bir məlumat verilməyib. Qeyd edək ki, 35 yaşlı Q. Əmani İran azərbaycanlılarının hüquqları uğrunda hərəkatın fəallarından olub. Bir neçə dəfə İran hüquq-mühafizə orqanları onu siyasi baxışlarına görə həbs edib. Əmani sonuncu dəfə isə 2006-cı ilin mayında azərbaycanlıların İranda keçirilən etiraz aksiyalarının təşkilində ittiham olunaraq saxlanılıb.apa

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar