SON XƏBƏRLƏR

Türk ölkələrin parlament başçılarının İstanbulda toplantısı keçiriləcək

2021.10.20, 07:36
Türk ölkələrin parlament başçılarının İstanbulda toplantısı keçiriləcək

Gunaz.tv
Türkdilli ölkələrin parlament başçılarının İstanbulda toplantısı keçiriləcək _ibrahim_hasgur_241008_1.jpg Türkdilli ölkələrin parlament başçılarının noyabrın 20-21-də İstanbulda toplantısı olacaq, cümə günü Trend News-a Türkiyə Böyük Millət Məclisinin sədri Köksal Toptanın başçılıq etdiyi nümayəndə heyətinin tərkibində Qırğızıstanda rəsmi səfərdə olan, Türkiyə-Qırğızıstan parlamentlərarası “Dostluq” qrupunun sədri İbrahim Hasgur eksklüziv musahibəsində bildirib. Trend News-un arayışı: 2008-ci il martın 22-də Antalyada Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstan arasında Türkdilli Dövlətlərin Parlament Assambleyasının yaradılması haqqında razılıq əldə olunub və bununla bağlı niyyət protokolu imzalanıb. Türkmənistan və Özbəkistan isə yeni yaradılacaq quruma qoşulmaqdan imtina edib. Bu ölkələrin Parlament Assambleyasının yaradılması prosesinə qoşulmaları üçün danışıqlar davam edir. Onun sözlərinə görə, türkdilli ölkələrin parlament başçılarının İstanbul toplantısında Dağlıq Qarabağ probleminin həlli yolları da müzakirə olunacaq. «Dağlıq Qarabağ Azərbaycanın problemi olduğu qədər bizim də problemimiz, eyni zamanda bölgə dövlətlərinin problemi sayılır. Türkdilli Dövlətlərin Parlament Assambleyasının yaradılmasında əsas məqsədlərimizdən biri də ortaq problemlərimizin birgə çözülməsinə və əlaqələrimizin gücləndirilməsinə nail olmağımızdır. Türkiyə dövlətinin Qafqaz bölgəsində sülh və barışığın bərqərar olunmasına dair atdığı addımlar nəticəsiz qalmayacaq», - İbrahim əlavə edib. Trend News-un arayışı: Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. İşğal 1988-ci ildən başlayıb, 1991-ci ilin dekabrınadək Şuşa və Xocalı istisna olmaqla Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-93-cü illərdə isə Şuşa, Xocalı və Dağlıq Qarabağın ətrafındakı daha yeddi rayon işğal edilib. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub və indiyədək də tərəflər arasında sülh danışıqları davam etdirilir. Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsi üçün üç ölkə - ABŞ, Rusiya və Fransa təmsilçilərinin həmsədrliyi ilə ATƏT-in Minsk Qrupu vasitəçilik edir. trend

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar