SON XƏBƏRLƏR

AVROPA MƏHKƏMƏSİ İRAN XALQ MÜCAHİDLƏR TƏŞKİLATINA QARŞI QƏRARINI LƏĞV ETDİ

2021.10.20, 07:36
AVROPA MƏHKƏMƏSİ İRAN XALQ MÜCAHİDLƏR TƏŞKİLATINA QARŞI QƏRARINI LƏĞV ETDİ

Gunaz.tv
AVROPA MƏHKƏMƏSİ İRAN XALQ MÜCAHİDLƏR TƏŞKİLATINA QARŞI QƏRARINI LƏĞV ETDİ Avropa Birliyinin ən yüksək məhkəmə qurumu sayılan Avropa Məhkəməsi oktyabrın 23-də İran Xalq Mücahidlər Təşkilatının maliyyə vəsaitlərinin dondurulması barədə əvvəlki qərarını ləğv edib. «Media forum» saytının məlumatına görə, hakimlər əvvəlki qərarın əsaslı dəlil və sübutlara söykənmədiyini vurğulayıblar. İran Xalq Mücahidlər Təşkilatı Tehran rejiminə qarşı mübarizə aparan ən böyük və mühüm müxalif qüvvələrdən sayılır. Avropa Birliyi 2006-cı ildə bu qurumu terrorçu təşkilatlar siyahısına daxil edib. Şah hakimiyyəti dövründə yaradılan Xalq Mücahidlər Təşkilatı 1980-ci ildə İran İslam Respublikasına qarşı silahlı mübarizə aparmağa başlayıb. 1981-1982-ci illərdə İran hakimiyyəti ilə təşkilatın üzvləri arasında silahlı qarşıdurmalar olub, təşkilatın minlərlə üzvü həbsə və ya edama məhkum edilib. Silahlı müqavimət məğlubiyyətə uğrayandan sonra Xalq Mücahidlər Təşkilatının minlərlə üzvü xarici ölkələrə mühacirət edib. Hazırda təşkilatın silahlı qanadı əsasən İraqda məskunlaşır. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar