SON XƏBƏRLƏR

Fars şovinist rejimi söz azadlığını boğmaqda 6-cı sıradadır

2021.10.20, 07:36
Fars şovinist rejimi söz azadlığını boğmaqda 6-cı sıradadır

Gunaz.tv
Fars şovinist rejimi söz azadlığını boğmaqda 6-cı sıradadır millifeallar1.jpg “Sərhədsiz Reportyorlar” beynəlxalq mətbuat azadlığı təşkilatı söz azadlığı ilə bağlı növbəti hesabatını açıqlayıb. Hesabatda söz azadlığı indeksinə görə İran adlanan yer 173 ölkə arasında 166-cı yerdə qərarlaşıb. Yəni fars şovinist rejimi söz və mətbuat azadlığını boğan ölkələrin ilk onluğunda yer almaqla 6-cı sıradadır. Hesabatda göstərilir ki, 173 ölkə arasında söz azadlığının vəziyyəti ən yaxşı İslandiya, Lüksemburq və Norveçdə, ən pis isə Afrikanın şimal şərq ölkəsi olan Eritreyadadır, daha sonra isə Şimali Koreya və Türkmənistan gəlir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar