SON XƏBƏRLƏR

DUİ Güney Azərbaycan türklərinə təzyiqlərlə bağlı fars şovinist rejiminə öz etirazını bildirəcək

2021.10.20, 07:36
DUİ Güney Azərbaycan türklərinə təzyiqlərlə bağlı fars şovinist rejiminə öz etirazını bildirəcək

Gunaz.tv
DUİ Güney Azərbaycan türklərinə təzyiqlərlə bağlı fars şovinist rejiminə öz etirazını bildirəcək Fars şovinist rejiminin İran adlanan yerdə öz tarixi torpaqlarında yaşayan Güney Azərbaycan türklərinə qarşı olan təqib və təzyiqləri Azərbaycan Respublikasında (Quzey) fəaliyyət göstərən ictimai-siyasi təşkilatların da ciddi narahatlığına səbəb olub. Bu səbəbdən Demokratiya Uğrunda İttifaqa (DİU) daxil olan partiya sədrləri İran adlanan yerin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nasir Həmidi Zare ilə görüşmək qərarına gəlib. Qurumun Sədrlər Şurasından verilən məlumatda bildirilir ki, bununla bağlı quruma daxil olan partiyaların adından iranlı diplomata müraciət hazırlanır. Həmin müraciət yaxın günlərdə səfirliyə təqdim ediləcək. DUİ-dən o da bildirilib ki, səfir Nasir Həmidi Zare ilə görüşdə İran adlanan yerdə öz tarixi torpaqlarında yaşayan soydaşlarımızın problemləri diplomatik nümayəndəlik rəhbərinin diqqətinə çatdırılacaq və səfirdən soydaşlarımızın hüquqlarının bərpası istiqamətində ölkəsi qarşısında məsələ qaldırması tələb olunacaq / Olaylar /

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar