SON XƏBƏRLƏR

Urmiya Mərkəzi Həbsxanasında aclıq aksiyası keçirən üç soydaşlarımızın vəziyyəti ağırdır

2021.10.20, 07:36
Urmiya Mərkəzi Həbsxanasında aclıq aksiyası keçirən üç soydaşlarımızın vəziyyəti ağırdır

Gunaz.tv
Urmiya Mərkəzi Həbsxanasında aclıq aksiyası keçirən üç soydaşlarımızın vəziyyəti ağırdır Oktyabrın 3-dən Urmiya Mərkəzi Həbsxanasında aclıq aksiyası keçirən Əhli-həqq (Əlallahı, Ələvi) təriqətindən olan üç güneyli məhbus - Səhəndəli Məhəmmədi, İbadulla Qasımzadəni və Yunis Ağayanın vəziyyəti olduqca ağırdır. Güney Azərbaycan Tələbə Hərəkatına bağlı olan www.oyrenci.com internet saytının yaydığı məlumata görə, onların səhhəti tamamilə pisləşib. Məhbuslar qan qussalar da, ancaq həbsxana məmurları onları həkimlə təmin etmir. Xatırladaq ki, Urmiya İnqilab Məhkəməsi məhbuslardan Səhəndəli Məhəmmədi, Baxşəli Məhəmmədi və İbadulla Qasımzadəni 13 il müddətinə ölkənin mərkəzi hissəsində yerləşən Yəzd həbsxanasına sürgünə göndərilməsi barədə qərar çıxarıb. Digər iki əlallahı məhbusa - Mehdi Qasımzadə və Yunis Ağayana qarşı isə bundan əvvəl çıxarılmış hökm (edam cəzası) qüvvədə saxlanılıb. Bu məhbusların hamısı Güney Azərbaycanın qərb əyalətinin Qoşaçay (indiki Miyandab) şəhərinin Üçtəpə kəndindəndir. Onlar 4 il əvvəl Qoşaçayda hökumətlə Əhli-həqq tərəfdarları arasında baş verən silahlı qarşıdurmada həbs ediliblər. Məhkəmə əvvəlcə onların hamısına qarşı edam hökmü çıxarmışdı. Məhbuslar bu ilin aprel ayında da həbsxanada məruz qaldıqları mənəvi və fiziki təzyiqlərə etiraz əlaməti olaraq aclıq aksiyası keçiriblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar