SON XƏBƏRLƏR

Fars şovinist rejimi Güney Azərbaycan türklərinin “Yoldaş” tələbə dərgisini də qapatdı

2021.10.20, 07:36
Fars şovinist rejimi Güney Azərbaycan türklərinin “Yoldaş” tələbə dərgisini də qapatdı

Gunaz.tv
Fars şovinist rejimi Güney Azərbaycan türklərinin “Yoldaş” tələbə dərgisini də qapatdı dergi1.jpg Güney Azərbaycan Tələbə Hərəkatına bağlı olan www.oyrenci.com internet saytının yaydığı məlumata görə, "Kimlik" dərgisinin ardından "Yoldaş" dərgisi də bağlanıb. “Kimlik" və "Yoldaş" dərgiləri Güney Azərbaycan tələbələri tərəfindən Zəncan Universitetində yayılırdı. “Öyrənci"nin verdiyi xəbərdə deyilir ki 10 sayı işıq üzü görən "Kimlik" dərgisinin baş redaktoru Əhəd Dadaşi, 5 sayı işıq üzü görən "Yoldaş" dərgisinin rəhbəri isə Murtəza Muradidir. Xəbərdə həmçinin bildirilir ki, son vaxtlar Güney Azərbaycan Tələbə Hərəkatına təzyiqlər xeyli artıb. Hazırda 10 güneyli tələbə İran adlanan yerin müxtəlif həbsxanalarında qanunsuz olaraq saxlanılmaqdadır. Qeyd edək ki, milli fəallar Azərbaycan türkcəsinin İran adlanan yerdə rəsmi dil olmasını və Güney Azərbaycana öz müqəddəratını tanıma haqqının verilməsini tələb edirlər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar