SON XƏBƏRLƏR

PUTİN «QOLOS ROSSİİ» RADİOSUNUN ERMƏNİ SƏDRİNİ İŞDƏN ÇIXARDI

2021.10.20, 07:36
PUTİN «QOLOS ROSSİİ» RADİOSUNUN ERMƏNİ SƏDRİNİ İŞDƏN ÇIXARDI

Gunaz.tv
PUTİN «QOLOS ROSSİİ» RADİOSUNUN ERMƏNİ SƏDRİNİ İŞDƏN ÇIXARDI armenohanyan1.jpg Armen Ohanesyan Rusiyanın baş naziri Vladimir Putin «Qolos Rossii» radio şirkətinin sədri Armen Ohanesyanı tutduğu vəzifədən azad edib. «Qolos Rossii» dövlət şirkətidir. «Media forum» saytı xəbər verir ki, Ohanesyan «Qolos Rossii» şirkətinə 1994-cü ildən sədrlik edirdi. Baş nazir Putinin sərəncamı ilə bu gün onun yerinə Andrey Bıstritski təyin olunub. Andrey Bıstritski 1961-ci ildə doğulub. 1986-cı ildə Moskva Dövlət Pedaqoji Universitetini bitirib. 1991-ci ildən KİV-də çalışır. 2000-ci ildən «Qolos Rossii» şirkətində baş direktor müavini işləyib. Armen Ohanesyan 1954-cü ildə Moskvada anadan olub. Moskva Dövlət Universitetini bitirib. 1975-ci ildən media sahəsində çalışmağa başlayıb. 1983-cü ildən Beynəlxalq Moskva Radiosunda müxtəlif vəzifələr tutub. 1992-ci ildən «Qolos Rossii» şirkətinə sədr təyin olunanadək Beynəlxalq Moskva Radiosuna rəhbərlik edib. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar