SON XƏBƏRLƏR

QARABAĞ MÜNAQİŞƏSİ NƏTİCƏSİNDƏ İTKİN DÜŞƏNLƏRİN SAYI 4272 NƏFƏRDİR

2021.10.20, 07:36
QARABAĞ MÜNAQİŞƏSİ NƏTİCƏSİNDƏ İTKİN DÜŞƏNLƏRİN SAYI 4272 NƏFƏRDİR

Gunaz.tv
QARABAĞ MÜNAQİŞƏSİ NƏTİCƏSİNDƏ İTKİN DÜŞƏNLƏRİN SAYI 4272 NƏFƏRDİR Son üç il ərzində erməni əsirliyindən 18 nəfər azad edilib, qarşı tərəfə isə 20 əsir verilib. Xəbəri «Turan»a Əsir və itkin düşmüş, girov götürülümüş vətəndəşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sailov verib. Onun sözlərinə görə, hazırda hər iki tərəfdə bir nəfər olmaqla iki hərbi əsir var: «İndiyəcən 1396 azərbaycanlı əsir və girovu azad etmək mümkün olub. Bunlardan 169-u uşaq, 343-ü qadın, 269-u isə yaşı 70-dən yuxarı olan qocalardır. 30 nəfər əsirlikdə olduğu zaman törətdiyi konkret cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb ediliblər». Ş.Sailov qeyd edib ki, dövlət komissiyası itkin düşənləri tapmaq naminə təmaslara getməyə həmişə hazırdır və bu təmasların konkret nəticələri olacaq: «Dəqiqləşdirilmiş məlumatlara görə, bu günə qədər itkin düşənlərin sayı 4272 nəfərdir. Bunlardan 47-si uşaq, 262-si qadın, 359-u qocalardır».

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar