SON XƏBƏRLƏR

İRAN PARLAMENTİNİN SƏDRİ BARAK OBAMANI DAHA AĞILLI ADAM SAYIR

2021.10.20, 07:36
İRAN PARLAMENTİNİN SƏDRİ BARAK OBAMANI DAHA AĞILLI ADAM SAYIR

Gunaz.tv
İRAN PARLAMENTİNİN SƏDRİ BARAK OBAMANI DAHA AĞILLI ADAM SAYIR th073741978.jpg İran parlamentinin sədri Əli Laricani ABŞ-ın Demokratlar Partiyasından prezidentliyə namizəd Barak Obamadan danışıb. Əli Laricani «Media forum» saytının məlumatına görə, oktyabrın 23-də Bəhreynə üçgünlük səfərinin sonunda jurnalistlərə açıqlamasında Laricani bildirib ki, başqa ABŞ siyasətçiləri ilə müqayisədə Obamanın mövqeyi daha ağıllı və məntiqlidir: «O, daha ağıllı və məntiqli danışır. Lakin o, dediklərini sözdən çox əməldə göstərməlidir». Laricani həmçinin İranın bölgədəki qonşu ərəb ölkələri ilə təhlükəsizlik sahəsində əməkdaşlıq barədə müqavilələr bağlamağa hazır olduğunu vurğulayıb. Ə.Laricani ABŞ-ın bölgədəki hərbi bazalarından danışarkən deyib: «Bölgədə ABŞ hərbi bazalarının təsisinə və fəaliyyətinə şərait yaradan ölkələrin özləri gələcəkdə problemlə üz-üzə qalacaqlar. İndi bu ölkələrin ABŞ-a havayı yardım etmək vaxtı deyil. İndi elə bir dövrdür ki, bu ölkələrin özləri meydana girib rol oynamalıdırlar». «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar