SON XƏBƏRLƏR

Abbas Lisaninin cəza müddəti başa çatır

2021.10.20, 07:36
Abbas Lisaninin cəza müddəti başa çatır

Gunaz.tv
Abbas Lisaninin cəza müddəti başa çatır abbas_lisani.jpg Güney Azərbaycan Milli Hərəkatının müqavimət simvoluna çevrilmiş Abbas Lisaninin cəza müddəti noyabrda başa çatır. Onun vəkili Məhəmmədrza Fəqihinin verdiyi məlumata görə, artıq milli fəalın həbsdə saxlanılması üçün heç bir əsas qalmayıb. Ümumiyyətlə, İran Konstitusiyasına əsasən, hər bir ölkə vətəndaşı barəsində çıxarılmış həbs cəzasının yarısını tamamladıqdan sonra sərbəst buraxılır. Xatırladaq ki, Abbas Lisani 2006-cı ilin may hadisələrinin təşkilində təqsirləndirilərək həbs olunub və 18 ay müddətinə azadlıqdan məhrum edilib. 2007-ci il dekabrın 30-da keçirilən növbədənkənar məhkəmə prosesində onun cəza müddəti bir il daha artırılıb / APA /

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar