SON XƏBƏRLƏR

Şimali İraqın kürd lideri Məsud Bərzani İranın xarici işlər naziri Mənuçöhr Mottaki ilə görüşüb

2021.10.20, 07:36
Şimali İraqın kürd lideri Məsud Bərzani İranın xarici işlər naziri Mənuçöhr Mottaki ilə görüşüb

Gunaz.tv
Şimali İraqın kürd lideri Məsud Bərzani İranın xarici işlər naziri Mənuçöhr Mottaki ilə görüşüb barmottaki.jpg Görüşdə İraqla ABŞ arasında Amerika qoşunlarının daha üç il İraqda qalmasını nəzərdə tutan təhlükəsizlik müqaviləsi müzakirə olunub İraq və Amerika Birləşmiş Ştatları arasında imzalanması gözlənilən və Amerika qoşunlarının daha üç il İraqda qalmasını nəzərdə tutan təhlükəsizlik müqaviləsi Şimali İraqın kürd lideri Məsud Bərzaninin İran səfərində əsas müzakirə mövzusu olub. İranın xarici işlər naziri Mənuçöhr Mottaki ilə görüşdən sonra Bərzani bu müqavidənin imzalanmasına tərəfdar olduğunu və İraqın hazırkı vəziyyətində bunun ən yaxşı seçim olduğunu deyib. İranın xarici işlər naziri isə İraq xalqının öz maraqlarına uyğün əlverişli qərar qəbul edəcəyinə ümid etdiklərini söyləyib. Qeyd edək ki, Məsud Bərzani İran prezidenti Mahmud Əhmədinejatla da görüşüb. Görüşdə İran İraq münasibətləri müzakirə olunub. Bildirilib ki, iki ölkə arasında iqtisadi əməkdaşlıq inkişaf edir və hazırda İranla İraq arasında 3 milyardlıq ticarət dövriyyəsi var. Görüşdə bu rəqəmin 5 milyard dollara çatdırılacağı da qeyd olunub. /ANS TV/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar