SON XƏBƏRLƏR

Gürcüstanda dəmir yolu körpüsü partladılıb

2021.10.20, 07:36
Gürcüstanda dəmir yolu körpüsü partladılıb

Gunaz.tv
Gürcüstanda dəmir yolu körpüsü partladılıb post-patrul.jpg Abxazlar gürcülərdən tam təcrid yolunu seçiblər Gürcüstanda dəmir yolu körpüsü partladılıb. Lent.az-ın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, hadisə bu gün səhər baş verib. Partladılan körpü Zuqdidi və Qal rayonlarını birləşdirir. İnquri çayı üzərindən keçən körpü artıq çoxdandır ki, təyinatı üzrə istifadə edilmir və körpünün üzərindən ancaq piyadalar keçirlər. Məsələ ondadır ki, Zuqdidi rayonu Gürcüstanın əsas ərazisində, Qal rayonu isə Abxaziya hissəsində yerləşir. Gürcüstan tərəfi körpünün partladılmasında abxaz separatçılarını ittiham edib. Rəsmi Tiflis hesab edir ki, abxazlar bütün təmas nöqtələrini bağlamaqla Gürcüstandan tamamilə təcrid yolunu seçiblər. Partlayış zamanı ölən və yaralanan olmayıb. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar