SON XƏBƏRLƏR

İranla Belarus arasında insident yaranıb

2021.10.20, 07:36
İranla Belarus arasında insident yaranıb

Gunaz.tv
İranla Belarus arasında insident yaranıb belarus-teyyare.jpg İran hərbçiləri Belarus Müdafiə Nazirliyinə məxsus təyyarəni Buşer hava limanında yerə enməyə məcbur edib İran hərbçiləri Belarus Müdafiə Nazirliyinə məxsus təyyarəni Buşer hava limanında yerə enməyə məcbur edib. Təyyarənin göyərtəsində Ferocious Falcon beynəlxalq təlimlərinin yekununda iştirak etmək üçün Qətərə gedən Belarus hərbi heyəti olub. İnsidentin araşdırılması üçün İranın Minskdəki səfiri Seyid Abdulla Hüseyni Belarus Xarici İşlər Nazirliyinə çağırılıb. İran hərbçiləri isə bildirib ki, yaranmış vəziyyətin bütün təfərrüatları araşdırılacaq. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar