SON XƏBƏRLƏR

Azərbaycan prezidenti: “Ermənistan reallıqla barışmalıdır”

2021.10.20, 07:36
Azərbaycan prezidenti: “Ermənistan reallıqla barışmalıdır”

Gunaz.tv
Azərbaycan prezidenti: “Ermənistan reallıqla barışmalıdır” ilham-eliyev.jpg “Azərbaycan son 5 il ərzində böyük dərəcədə güclənib və bu gün gələcəyə böyük ümidlə, böyük nikbinliklə baxan ölkədir”. Lent.az-ın məlumatına görə, bunu sözləri prezident İlham Əliyev bu gün Heydər Əliyev adına Respublika Sarayında keçirilən andiçmə mərasimində söyləyib. Prezident deyib ki, Azərbaycan beynəlxalq müstəvidə özünə layiq yerini daha da möhkəmləndirib: “Bizim regional təşəbbüslərimiz böyük uğur gətirir. Bölgədə apardığımız işlər həm Azərbaycanın möhkəmlənməsinə, həm də regional əməkdaşlığın inkişafına böyük xidmət göstərir”. İlham Əliyev Azərbaycanın uğurlu xarici siyasət apardığını vurğulayıb: “Əlbəttə xarici siyasətimizin əsas, prioritet məsələsi Dağlıq Qarabağ münaqişəsinin həlli olub. Bu istiqamətdə əfsus ki, biz hələlik heç bir nəticə əldə edə bilməmişik. Amma bununla bərabər deyə bilərəm ki, danışıqlar prosesində Azərbaycanın mövqeyi, Azərbaycanın baxışları və bizim tərəfimizdən irəli sürülmüş əsas təməl prinsiplər çox böyük dəyər qazanıb. Bu gün deyə bilərəm ki, danışıqların mahiyyəti Azərbaycanın ərazi bütövlüyü əsasında aparılır. Bu, heç kimdə şübhə yaratmır və yarada da bilməz”. Prezident vurğulayıb ki, münaqişənin həlli ancaq və ancaq beynəlxalq hüquq, norma və prinsiplər əsasında ola bilər: “Azərbaycanın ərazi bütövlüyü danışıqlar mövzusu deyil, olmayıb və heç vaxt da olmayacaq. Heç vaxt – nə bu gün, sabah, nə 10 ildən sonra, nə 50 ildən sonra Dağlıq Qarabağa müstəqillik verilməyəcək”. İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünü bərpa edəcəyini bildirib. “O vaxta qədər ki, Azərbaycan torpaqları işğal altındadır, Ermənistanla heç bir əməkdaşlıqdan söhbət gedə bilməz. Bütün bu amilləri təhlil edərək hesab edirəm ki, qarşı tərəf reallıqla barışmalıdır. Reallıq isə ondan ibarətdir ki, bu gün Azərbaycanla rəqabət aparmaq çox çətindir, qeyri-mümkündür” – deyə, prezident bildirib. Pərvin ABBASOV LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar