SON XƏBƏRLƏR

BÖYÜK BRİTANİYANIN AZƏRBAYCAN SƏFİRLİYİ VİZA REJİMİNİ DƏYİŞDİ

2021.10.20, 07:36
BÖYÜK BRİTANİYANIN AZƏRBAYCAN SƏFİRLİYİ VİZA REJİMİNİ DƏYİŞDİ

Gunaz.tv
BÖYÜK BRİTANİYANIN AZƏRBAYCAN SƏFİRLİYİ VİZA REJİMİNİ DƏYİŞDİ BÖYÜK BRİTANİYANIN AZƏRBAYCAN SƏFİRLİYİ VİZA REJİMİNİ DƏYİŞDİ 2008-10-24 - 10:25:00 Böyük Britaniyanın Azərbaycan səfirliyinin viza şöbəsi oktyabrın 27-dən yeni prosedurlar tətbiq etməyə başlayır. Səfirliyin mətbuat xidmətindən «Turan»a verilən məlumatda viza ərizəsinə baxışı tezləşdirmək üçün bütün dəstəkləyici sənədlərin viza ərizə forması ilə eyni vaxtda təqdim olunmasının zəruri olduğu bildirilir. Viza şöbəsi səfərə getmək istəyənlərə əlavə dəstəkləyici sənədlərin təqdim olunması ilə bağlı müraciət etməyəcək və bu sənədlərsiz verilmiş ərizə formasını rədd edəcək. Səfərə gedən şəxs iş yeri, maliyyə durumu, əmlakı, səfərin təfərrüatı haqda məlumat verməlidir. Ərizə forması ilə birgə təqdim olunan bütün dəstəkləyici sənədlərin ingilis dilinə tərcümə edilməsi şərti irəli sürülür, tərcümə olunmamış sənədin ərizə formasının tərkib hissəsi kimi qəbul olunmayacağı bildirilir. Eyni zamanda viza üçün ərizə formasına 45x35 mm. ölçülü, son 6 ayda, ağ fonda çəkilmiş və ərizə formasına yapışqanla yapışdırılmış rəngli şəkil əlavə olunması zərəruti xatırladılır. Səfərə gedən şəxsin səfirliklə yalnız bir görüş vaxtı seçməyə hüququ olduğu, təkrar görüş vaxtını seçdiyi halda xəbərdarlıq olunmadan həmin görüş vaxtının ləğv ediləcəyi xatırladılır. Səfirlik sənədlər təqdim edilən zaman bu sənədlərin qəbulu ilə bağlı səfirliyin verdiyi qəbzi saxlamağın zəruri olduğunu bildirməklə yanaşı pasportu şəxsin özünün götürməsini tövsiyə edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar