SON XƏBƏRLƏR

Güney Azərbaycanda daha bir tələbə dərgisi bağlandı

2021.10.20, 07:36
Güney Azərbaycanda daha bir tələbə dərgisi bağlandı

Gunaz.tv
Güney Azərbaycanda daha bir tələbə dərgisi bağlandı Güney Azərbaycan Öyrənci Hərəkatına bağlı olan www.oyrenci.com internet saytının yaydığı məlumata görə, "Kimlik" dərgisinin ardından "Yoldaş" dərgisi də bağlanıb. "Kimlik" və "Yoldaş" dərgiləri Güney Azərbaycanlı Öyrənciləri tərəfindən və Zəncan Üniversitetində yayılırdı. "Öyrənci"nin verdiyi xəbərdə deyilir ki 10 sayı işıq üzü görən "Kimlik" dərgisinin baş redaktoru Əhəd Dadaşi, 5 sayı işıq üzü görən "Yoldaş" dərgisinin rəhbəri isə Murtəza Muradidir. Xəbər də həmçinin bildirilir ki, son vaxtlar Güney Azərbaycan Öyrənci Hərkatına təzyiqlər xeyli saydaartıb. Hal-hazırda 10 güneyli tələbə İran həbsxanalarındadırlar. Qeyd edək ki, hərəkat üzvləri Türk dilinin İranda rəsmi dil olmasını və Güney Azərbaycana öz müqəddəratlarını tanıma haqqını tələb edirlər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar