SON XƏBƏRLƏR

Beynəlxalq maliyyə böhranı Azərbaycana təsir etməyib

2021.10.20, 07:36
Beynəlxalq maliyyə böhranı Azərbaycana təsir etməyib

Gunaz.tv
Beynəlxalq maliyyə böhranı Azərbaycana təsir etməyib elman-rustemov-milli-bang.jpg Dünyada yaşanan maliyyə böhranı Azərbaycandan yan keçib. “APA-ECONOMICS”in məlumatına görə, bunu Azərbaycan Milli Bankı (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov söyləyib. E.Rüstəmovun sözlərinə görə, böhranın Azərbaycan bank sistemində özünü büruzə verməsi üçün hər hansı bir fundamental əsas yoxdur. Çünki Azərbaycanın maliyyə vəziyyəti çox stabildir, strateji ehtiyatlarının həcmi 17 mlrd. ABŞ dolları səviyyəsini ötüb, özəl sektorun borcları nəzərə alınmaqla, ümumi xarici borc isə 8 mlrd. dollar təşkil edir ki, bu da ölkənin xarici likvidliyinin yüksək olduğunu göstərir. “Bank sistemində yeganə problem ola məsələ bankların xarici borcları ilə bağlıdır. Onların həcmi 2 mlrd. dollar təşkil edir və bunun 1 mlrd. dolları dövlətə məxsus olan Azərbaycan Beynəlxalq Bankının payına düşür. Bu borclar qrafiklə ödənilir və heç bir problem yaranmır. Nəhayət, bank sistemində hər hansı bir problem olsa da, dövlət öz sözünü deyəcək. Bu baxımdan bankların deponentləri və kreditorları rahat ola bilərlər”, - deyə E.Rüstəmov vurğulayıb. AMB-nin başçısı həmçinin qeyd edib ki, dünya maliyyə böhranı nəticəsində Azərbaycanın strateji valyuta ehtiyatları üzrə hər hansı bir ciddi itkilərdən söhbət gedə bilməz, çünki həm Milli Bank, həm də Dövlət Neft Fondu ehtiyatların idarə olunması sahəsində ən konservativ strategiyaya əsaslanır. Bu strategiyaya uyğun olaraq, vəsaitlər dünyanın aparıcı ölkələrinin mərkəzi banklarında və beynəlxalq maliyyə qurumlarında saxlanılır. E.Rüstəmov vurğulayıb ki, bu cür qoyuluşların gəlirliyi bir az aşağı olur. Həmçinin, mərkəzi bankların uçot dərəcələrini endirməsi nəticəsində, gəlirlik daha da aşağı düşəcək. Lakin Azərbaycanın strateji mövqeyi ilk növbədə ehtiyatların qorunmasından ibarətdir. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar