SON XƏBƏRLƏR

İran vətəndaşından narkotik vasitə götürülüb

2021.10.20, 07:36
İran vətəndaşından narkotik vasitə götürülüb

Gunaz.tv
İran vətəndaşından narkotik vasitə götürülüb narkotik-elde.jpg Daxili İşlər Nazirliyinin (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşları tərəfindən İran vətəndaşı Kovsar Seyid Əmir Əli Seyid Cavaddan 1,449 qram heroin və 9 ədəd psixotrop dərman həbi aşkarlanıb. Lent.az-ın DİN-in rəsmi saytına istinadən məlumatına görə, Göyçay RPŞ əməkdaşları rayon sakinləri Məmmədağa Məmmədovdan 5,441 qram tiryək, onun qardaşı Əfqandan isə 18,13 qram həşiş götürüblər. Binəqədi RPİ 6-cı PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə 351 saylı xətt avtobusunda Nübar qəsəbə sakini Süsən Bayramovaya qarşı zor tətbiq edərək 100 manatını ondan almış Sumqayıt şəhər sakini Anar Rzayev tutulub. A.Rzayevin üstünə baxış zamanı 0,265 qram heroin aşkarlanıb. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar