SON XƏBƏRLƏR

Avropa Birliyinin də dəstəklədiyi NABUKKO layihəsinə qoşulmaq istəyən dövlətlər sırasında Türkiyəni xüsusi qeyd etmək lazımdır

2021.10.20, 07:36
Avropa Birliyinin də dəstəklədiyi NABUKKO layihəsinə qoşulmaq istəyən dövlətlər sırasında Türkiyəni xüsusi qeyd etmək lazımdır

Gunaz.tv
omv_loqo.jpg Bunu Azərbaycanda səfərdə olan OMV şirkətinin baş ofisinin xarici əlaqələr departamentinin rəhbəri Volfqanq Rutenshtorte deyib "Avropa Birliyinin də dəstəklədiyi NABUKKO layihəsinə qoşulmaq istəyən dövlətlər sırasında Türkiyəni xüsusi qeyd etmək lazımdır. Ən vacib məsələ layihə çərçivəsində qazın təhlükəsizliyidir". Bunu Azərbaycanda səfərdə olan OMV şirkətinin baş ofisinin xarici əlaqələr departamentinin rəhbəri Volfqanq Rutenshtorte deyib: "Biz düşünürük ki, NABUKKO çox real bir layihədir. Xəzər hövzəsi ətrafında çox böyük təbii ehtiyatlar var idi. İqtisadi cəhətdən də bunun çox maraqlı nöqtələri var. Avropa Birliyi təşkilatı da bu layihəni dəstəkləyir. Təşəkkürümüzü bildiririk ki, Azərbaycan dünya bazarına qoşulmaq üçün hər zaman açıq fikirli olmuşdur. Əgər iqtisadi məsələlər zəminində razılıq əldə olunsa, ortaq məxrəcə gəlmək olar. Biz hal-hazırda son nəticə üzərində çalışırıq. Son aylar ərzində deyərdim ki, layihənin prosesi güclənib. Özəlliklə də qeyd edirəm ki, Avropa İttfaqı bu layihəyə hər zaman dəstək verir. Türkiyə də bu layihəyə qoşulmaq üçün çox maraqlıdır. Digər çox önəmli məsələ bu layihə çərçivəsində qazın təhlükəsizliyi məsələsidir. Bu da çox məsuliyyətli bir məsələdir istər istehlakçı istərsə də istehsalçı üçün"./ANS TV/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar