SON XƏBƏRLƏR

İsveçrə PKK yetkilisini Türkiyəyə vermədi

2021.10.20, 07:36
İsveçrə PKK yetkilisini Türkiyəyə vermədi

Gunaz.tv
İsveçrə PKK yetkilisini Türkiyəyə vermədi isvecre-bayraqi.jpg İsveçrə məhkəməsi PKK-nın rəhbərlərindən biri olan Türkiyənin uzun müddət ekstradisiyasını tələb etdiyi Mehmet Eşiyoku müvəqqəti mühacir kimi qəbul edib. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Federal Məhkəmə 34 ay sonra sərbəst buraxdığı Eşiyoku Türkiyəyə təhvil verməkdən imtina edib. Mehmet Eşiyok 1995-ci ildən PKK-nın liderlərindən birinə çevrilib. O, cavabdeh olduğu cinayətlər və həyata keçirdiyi terror aksiyaları ilə bağlı Türkiyədə axtarışda olub. Eşiyok 2005-ci ildə saxta sənədlərlə Moskvadan İsveçrəyə gedərək siyasi sığınacaq tələb edib. İsveçrəyə keçəndən bir neçə gün sonra Türkiyə tərəfinin tələbilə həbs olunub. Bu müddət ərzində ekstradisiyası ilə bağlı məsələyə baxılan terrorçu həbsdə qalıb. İsveçrə Ədliyyə Nazirliyi Eşiyoku Türkiyəyə ekstradisiya ilə bağlı müəyyən şərtlər daxilində qərar qəbul etmişdi. Birinci şərt terrorçunun ədalətli məhkəmə önünə çıxarılması və ona işgəncə verilməməsi olub. İkinci şərtə görə, İsveçrə məhkəməsi onun siyasi sığınacaq xahişini rədd etməliydi. Lakin məhkəmə müsbət qərar çıxarıb. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar