SON XƏBƏRLƏR

Bu gün(24 oktyabr) BMT-nin yaranmasından 63 il keçir

2021.10.20, 07:36
Bu gün(24 oktyabr) BMT-nin yaranmasından 63 il keçir

Gunaz.tv
Bu gün BMT-nin yaranmasından 63 il keçir logo_bmt.jpg Təşkilatın əsas vəzifəsi - dünyada sülhün qorunması, beynəlxalq əməkdaşlıq və kollektiv təhlükəsizliyin təmin edilməsidir Bu gün BMT-nin yaranmasından 63 il keçir. 1945-ci il oktyabrın 24-də bir neçə dövlət bu qurumun yaradılması barədə razılıq əldə edib. Təşkilatın əsas vəzifəsi - dünyada sülhün qorunması, beynəlxalq əməkdaşlıq və kollektiv təhlükəsizliyin təmin edilməsidir. İndi 192 dövlət BMT-nin tam hüquqlu üzvüdür. Onların arasında Azərbaycan da var. Ölkəmiz 1992-ci il, martın 6-da təşkilata üzv qəbul edilib və həmin il mayın 6-da Azərbaycanın BMT nəzdində daimi nümayəndəliyi açılıb. 16 il ərzində Azərbaycan təşkilatın bir çox xüsusi qurum və orqanları ilə fəal əməkdaşlıq edib. Onların sırasında BMT-nin İnkişaf Proqramı, BMT-nin Qaçqınlar Üzrə Ali Komissarlığı, BMT-nin Uşaq Fondu, BMT-nin Təhsil, Elm və Mədəniyyət təşkilatı, Atom Energisi Üzrə Beynəlxalq Agentlik və digərləri var. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar