SON XƏBƏRLƏR

ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllində hər iki tərəfi razı salacaq saziş tapmağa səy göstərir

2021.10.20, 07:36
ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllində hər iki tərəfi razı salacaq saziş tapmağa səy göstərir

Gunaz.tv
metyu_brayza_079.jpg Metyu Brayza: «Həmsədrlər fəal formada öz işlərini bərpa etmək niyyətindədir» «Amerika Birləşmiş Ştatları Dağlıq Qarabağ münaqişəsinin həllində hər iki tərəfi razı salacaq, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyəcək və özündə əlavə beynəlxalq prinsipləri əks etdirəcək saziş tapmağa səy göstərir». Bunu «Trend» agentliyinə ABŞ dövlət katibinin müavininin müşaviri, ATƏT-in Minsk qrupunun həmsədri Metyu Brayza deyib. Onun sözlərinə görə, Minsk qrupunun həmsədrləri gələn həftə münaqişə regionuna səfər etməyi planlaşdırırlar: «Bu, vasitəçilərin Azərbaycanda keçirilən prezident seçkisindən sonra regiona ilk səfərləri olacaq. Ölkədə keçirilən seçki ilə əlaqədar olaraq danışıqlar prosesi dayandırılmışdı, indi isə həmsədrlər fəal formada öz işlərini bərpa etmək niyyətindədirlər. Həmsədrlərin səfəri yaxın iki həftə ərzində gözlənilir». /Trend/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar