SON XƏBƏRLƏR

Amerika erməniləri Obamanı seçdilər

2021.10.20, 07:36
Amerika erməniləri Obamanı seçdilər

Gunaz.tv
Amerika erməniləri Obamanı seçdilər obama-qaranliqda.jpg ANCA Demokrat Partiyası namizədini dəstəkləyəcəyini bəyan etdi Amerika Erməni Milli Komitəsi (ANCA) noyabrın 4-də keçiriləcək prezident seçkilərində Demokrat Partiyasının namizədi Barak Obamanı dəstəkləyəcəyini açıqlayıb. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, ANCA erməni əsilli amerikalıların Obama və vitse-prezidentliyə namizəd Co Baydenin qalib gəlməsi üçün 9 aydır ölkədə iri miqyaslı kampaniya həyata keçirdiklərini bildirib. Açıqlamada “bu gün rəsmən və qürurla Obama-Bayden kampaniyasına dəstəyimizi bəyan edirik” deyilir. Qeyd edək ki, ANCA bu ilin əvvəlində Demokrat Partiyası daxilindəki praymerizlərdə də Barak Obamanı dəstəklədiyini bəyan etmişdi. Təşkilatın rəhbəri Ken Haçikyan “namizəd olduğu dövrdə cəsur açıqlamalarla çıxış edən Obamanın respublikaçı Con Makkeyndən daha yaxşı mövqedə olduğunu və ermənilərin problemlərini daha yaxşı anladığını” bildirib. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar