SON XƏBƏRLƏR

Avropa Məhkəməsinin icraatında Ermənistanla bağlı 800 iş var

2021.10.20, 07:36
Avropa Məhkəməsinin icraatında Ermənistanla bağlı 800 iş var

Gunaz.tv
Avropa Məhkəməsinin icraatında Ermənistanla bağlı 800 iş var 461e3a2a41067.jpg İşğal nəticəsində öz evlərindən qovulmuş azərbaycanlıların Ermənistan dövlətinə qarşı 570 iddiası da icraata götürülüb Avropa İnsan Haqları Məhkəməsinin Ermənistanla bağlı icraatda olan iddiaların əksəriyyətini Azərbaycan vətəndaşları qaldırıb. Bunu Avropa İnsan Haqları Məhkəməsinin sədri Jan Pol Kosta Ermənistanın Kassasiya məhkəməsinin rəhbəri Arman Mkrtumyanla Strasburqda keçirdiyi görüşdə bildirib. Onun sözlərinə görə, hazırda icraatda Ermənistanla bağlı 800 iş var. Onlardan 570-i Azərbaycan vətəndaşlarının iddiası əsasında başlanıb. Ümumilikdə Avropa İnsan Haqları Məhkəməsinin icraatında 95 000 iddia mövcuddur. Lakin müraciətlər gün-gündən artır. Jan Pol Kosta bildirib ki, müraciətlərin 55 faizini dörd ölkədən olan şikayətlər təşkil edir. Bunlar Rusiya, Türkiyə, Rumıniya və Ukraynadır. Azərbaycanın Avropa İnsan Haqları Məhkəməsi yanındakı səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov isə bildirib ki, erməni təcavüzü nəticəsində hüquqları pozulmuş Azərbaycan vətəndaşlarının Avropa İnsan Haqları Məhkəməsinə verdiyi şikayətlərə payızda baxılması gözlənilir. Onun verdiyi məlumata görə, bu məsələdə üçüncü tərəf kimi çıxış edən Azərbaycan hökuməti öz yazılı mövqeyini bildirib və rəsmi İrəvan cavab vermək üçün vaxt istəyib. Bundan başqa, Ermənistandan qovulmuş azərbaycan vətəndaşlarından da Avropa Məhkəməsinə şikayət edənlər olub və onların da işinə baxılması gözlənilir. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar