SON XƏBƏRLƏR

Dağlıq Qarabağın müstəqilliyinin tanınması və ona bitişik yeddi rayonun azad edilməsi planı mövcuddur

2021.10.20, 07:36
Dağlıq Qarabağın müstəqilliyinin tanınması və ona bitişik yeddi rayonun azad edilməsi planı mövcuddur

Gunaz.tv
konstantin-zatulin.jpg Konstantin Zatulin:«Bölgədə istənilən zorakılıq, o qədər də köhnə olmayan yaraları təzələmək istəyən üçüncü ölkələrin müdaxiləsinə yol verilməməlidir» Ermənistan və Rusiya prezidentləri Serj Sarkisyan və Dmitri Medvedev arasında sonuncudan əvvəlki görüşdən sonra Qafqazda vəziyyətdə keyfiyyətli dəyişiklik olub və indii bih yeni bölgə ilə üz-üzəyik. Rusiya hesab edir ki, bölgədə beş ölkə mövcuddur. Onlardan biri-Gürcüstanla Rusiyanın münasibətləri dayanıb». Bunu İrəvan-Moskva telekörpüsündə Rusiya Dövlət Dumasının MDB məsələləri və soydaşlarla əlaqə komitəsinin rəhbəri, MDB İnstitutunun direktoru Konstantin Zatulin deyib. Onun sözlərinə görə, Dağlıq Qarabağın özünü necə göstərəcəyi ilə bağlı sual meydana çıxır: «Əlbəttə, biz təsəvvür edirik ki, son vaxtlar Ermənistan hakimiyyətinin təşəbbüsü əsasında Dağlıq Qarabağ Cənubi Osetiya və Abxaziya ilə əməkdaşlıqdan çəkinib. Ermənistanda hesab edirdilər ki, Qarabağ probelmi başqa paramentrlərə malikdir. Lakin bunun arxasında erməni tərəfinin münaqişəni İrəvan üçün faydalı şəkildə həllinə olan ümidi dayanırdı». Konstantin Zatulin deyib ki, rəsmi Moskvaya Dağlıq Qarabağ münaqişəsinin həll edilməməsi və ya yumşalmaması, eləcə də tərəflərdən hər hansı birinin Gürcüstandakı hadisələrə analoji addım atması sərf etmir: «Qeyd etmək lazımdır ki, Cənubi Osetiya müharibəsi zamanı silahlı qüvvələrin Dağlıq Qarabağdakı təmas xəttində vəziyyət gərginləşmişdi. Dağlıq Qarabağın müstəqilliyinin tanınması və ona bitişik yeddi rayonun azad edilməsini nəzərdə tutan nizamlama paketi çoxdan mövcuddur.». MDB İnstitutunun direktorunun sözlərinə görə, Rusiya prezidentinin İrəvana səfərindən sonra çoxsaylı bəyanatlar olub ki, yüksək səviyyədə münaqişənin nizamlanması ilə bağlı olan və müəyyən müddətdən sonra dondurulan konkret variantlardan söhbət gedir: «Bölgədə istənilən zorakılıq, o qədər də köhnə olmayan yaraları təzələmək istəyən üçüncü ölkələrin müdaxiləsinə yol verilməməlidir». Qeyd edək ki, Ermənistan kütləvi informasiya vasitələri Konstantin Zatulinin fikirlərini bu gün axşam saatlarında yaydığından, rəsmi Bakı hələlik onun dediklərinə reaksiya verməyib. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar