SON XƏBƏRLƏR

Üç il vədi . İraqdakı Amerika qüvvələrinin gələcək statusu müzakirə olunub

2021.10.20, 07:36
Üç il vədi . İraqdakı Amerika qüvvələrinin gələcək statusu müzakirə olunub

Gunaz.tv
Üç il vədi İraqdakı Amerika qüvvələrinin gələcək statusu müzakirə olunub İraqdakı Amerika qüvvələrinin gələcək statusuna dair razılaşma layihəsi Vaşinqtonda Konqres liderləri tərəfindən müzakirəyə çıxarılıb. Razılaşma layihəsi ABŞ qüvvələrinin üç il ərzində İraqdan çıxarılmasını nəzərdə tutur. Rəsmi şəxslərin BBC-yə verdiyi məlumata görə, qüvvələrin İraqdan çıxarılması artıq gələn ilin ortalarında başlaya və 2011-ci ilə qədər başa çata bilər. Bundan başqa, müzakirələr əsnasında Amerika qüvvələrinin mandatı da müzakirə olunacaq. Belə ki, onların mandatı bu ilin sonuna yaxın başa çatır. Bu arada Vaşinqtondakı rəsmi mənbələr ABŞ dövlət katibi Kondoliza Raysın Bağdad rəhbərliyini layihə Vaşinqtonda tam razılaşdırıldıqdan sonra sənədi qəbul etməyə inandırmağa çalışdığını bildiriblər. Yekun razılaşma qüvvəyə minməzdən əvvəl üç İraq instansiyası - Kabinet, Prezident Şurası və Nümayəndələr Şurası tərəfindən təsdiq edilməlidir. Lakin İraqdakı radikal şiə lideri Müqtəda Əs-Sədr razılaşma layihəsinin əleyhinə çıxış edib. O, bu şənbə böyük bir nümayişin keçirilməsinə çağırışlar da edib. Qonşu İran da həmçinin razılaşmaya irad tutub.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar