SON XƏBƏRLƏR

Avropa məhkəməsi İranın müxalif qrupuna bəraət qazandırır

2021.10.20, 07:36
Avropa məhkəməsi İranın müxalif qrupuna bəraət qazandırır

Gunaz.tv
Avropa məhkəməsi İranın müxalif qrupuna bəraət qazandırır 20081023100400_45135134_pmoidemoafp226b.jpg Terror siyahısına salınması təşkilat üzvlərini qəzəbləndirmişdi Avropa İttifaqının Birinci İnstansiya Məhkəməsi İran Xalq Mücahidləri Təşkilatı barədə Avropa İttifaqının qərarını ləğv edib. Avropa İttifaqı tanınmış müxalifət təşkilatı olan İXMT-nin bank hesablarını dondurmaq qərarı vermişdi. 2002-ci ildə Avropa İttifaqı bu qrupu özünün terror qurumlar siyahısına daxil etmişdi. Bu isə o demək idi ki, Avropa İttifaqı onun maliyyələşmə kanallarını bağlaya bilər. Lakin cümə axşamı Lüksemburqda yerləşən Birinci İnstansiya Məhkəməsi Avropa İttifaqının qərarının səhv olduğunu bildirib. Ötən il Britaniyadakı məhkəmə də qrupun appelyasiyasına bəraət qazandırmışdı. Birinci İnstansiya Məhkəməsinin hökmündə yazılıb ki, Avropa İttifaqının gətirdiyi əsaslar, İXMT-nın fondlarını dondurmaq üçün kifayət deyil. Məhkəmə eləcə də, İXMT-nin adını 2007-ci il terror təşkilatları siyahısından çıxarmağı əmr edib. Lakin Avropa İttifaqı 2008-ci ildə yeni siyahı tərtib etdiyindən, İXMT hazırda buna qarşı məhkəməyə appelyasiya verib. Xalq Mücahidlərinin tarixçəsi İXMT 1965-ci ildə yaradılıb və onun məqsədi İran şahını devirmək idi. Qrupun İranda fəaliyyət göstərən silahlı qanadı vardı, amma özü mühacirətdə mənzillənib. 2001-ci ildə Xalq Mücahidləri silahlı mübarizədən əl çəkdiklərini elan ediblər. bbc

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar