SON XƏBƏRLƏR

BMT BAŞ KATİBİNDƏN GÜNEY AZƏRBAYCANA DƏSTƏK GƏLDİ

2021.10.20, 07:36
BMT BAŞ KATİBİNDƏN GÜNEY AZƏRBAYCANA DƏSTƏK GƏLDİ

Gunaz.tv
BMT BAŞ KATİBİNDƏN GÜNEY AZƏRBAYCANA DƏSTƏK GƏLDİ bmt.jpg BMT BAŞ KATİBİNDƏN GÜNEY AZƏRBAYCANA DƏSTƏK GƏLDİ Birləşmiş Millətlər Təşkilatının baş katibi Pan Ki Mun İranda insan haqlarının vəziyyətindən narahat olduğunu bildirib. Baş katib bəyanatında deyib ki, bu ölkədə bəhaiçili dini azlıq nümayəndələrinin çoxsaylı hüquqları pozulur, onlar ədalətsiz məhkəmə qərarları, mülkiyyətlərinin məhv edilməsi ilə üzləşir, ali təhsil almalarına imkan verilmir. “Olaylar”ın xəbərinə görə, Pan Ki Mun bununla bağlı İranda təcili olaraq islahatların aparılması zərurətinin olduğunu vurğulayıb və bu ölkədə ən böyük etnik azlıq hesab edilən azərbaycanlıların hüquqlarının pozulduğunu diqqətə çatdırıb: “Ana dilində təhsil və tarixi-mədəniyyət günlərinin keçirilməsini istəyən azərbaycanlı fəallar həbs edilir, təqiblərə məruz qalır. Beynəlxalq insan hüquqları təşkilatları fəalların həbsini pisləyir və onları vicdan məhbusu elan edir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar