SON XƏBƏRLƏR

«Bi-Bi-Si» TELEVİZİYASININ FARS REDAKSİYASI İRANDA SÜNGÜ İLƏ QARŞILANDI

2021.10.20, 07:36
«Bi-Bi-Si» TELEVİZİYASININ FARS REDAKSİYASI İRANDA SÜNGÜ İLƏ QARŞILANDI

Gunaz.tv
«Bi-Bi-Si» TELEVİZİYASININ FARS REDAKSİYASI İRANDA SÜNGÜ İLƏ QARŞILANDI Oktyabrın 22-də İran İslami İrşad və Mədəniyyət Nazirliyi bəyanat yayaraq yaxın günlərdə fars dilində verilişlər yaymağa başlayacaq «Bi-Bi-Si» televizyası ilə əməkdaşlıq etməmək xəbərdarlığı edib. «Media forum» saytının məlumatına görə, nazir müavini Əlirza Məlekiyanın yaydığı bəyanatda deyilir: «Bi-Bi-Si»nin fars dilində verilişlər yaymağa hazırlaşan şəbəkəsi keçmişi qaranlıq olan və ölkənin milli təhlükəsizliyinə qarşı çıxmış bir sıra jurnalistlərlə şübhəli əlaqəyə girərək onları əməkdaşlığa cəlb etməyə başlayıb». Bəyanatda televiziyanın fars dilində verilişlər yaymasının İngiltərənin köhnə müstəmləkəçilik siyasətinə uyğun olduğu vurğulanır: «İngiltərənin ayrı-ayrı müstəqil ölkələrin milli hakimiyyətlərinə xələl gətirmək üçün müxtəlif üsullardan istifadə etməsi hamıya aydındır. «Bi-Bi-Si»nin fars redaksiyasının fəaliyyəti də bu istiqamətdədir». İran İnqilab Keşikçiləri Korpusunun («Sepah») siyasi orqanı sayılan «Sübhi sadiq» qəzeti də televiziyanın fars dilində verilişlər yaymasını pisləyərək bunu Böyük Britaniyanın Tehrana qarşı «yumşaq müharibəsi» adlandırıb. Həm nazirlik, həm də qəzet «Bi-Bi-Si» televiziyası ilə əməkdaşlıq edəcək şəxslərin ölkənin milli təhlükəsizliyinə qarşı çıxmaqda ittiham olunacaqlarını vurğulayıb. «Bi-Bi-Si» ölkədə geniş kütlənin rəğbətlə qarşıladığı xarici KİV-lərdən sayılır. 1979-cu ildə İran inqilabı ərəfəsində «Bi-Bi-Si» radiosunun siyasi gedişatın müəyyən qrupların xeyrinə dəyişməsində böyük rolu olub. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar