SON XƏBƏRLƏR

Gürcüstana 4 milyard dollardan artıq yardım vəd olunub

2021.10.20, 07:36
Gürcüstana 4 milyard dollardan artıq yardım vəd olunub

Gunaz.tv
Gürcüstana 4 milyard dollardan artıq yardım vəd olunub 5bf0dbe4-248b-4c31-854b-c84ff069c3ae_w203_s.jpg Avropa Komissiyası hesab edir ki, Qərbə əsas enerji marşrutu kimi Avropa Birliyi Gürcüstanda maraqlıdır Beynəlxalq donor ölkələr Brüssel konfransında Gürcüstanın bərpasına ümumilikdə 4 milyard dollardan artıq yardım vəd ediblər. Məlumatı Avropa Birliyinin Xarici İşlər Komissarı Benita Ferrari Valder verib. BMT və Dünya Bankının hesablamalarına görə bu ilin avqust ayında Rusiyayla müharibədən sonra Gürcüstana dəymiş ziyanı aradan qaldırmaq üçün 3 milyard dollardan artıq vəsait lazımdır. Vəsait növbəti 3 ildə infrastrukturun və iqtisadiyyatın bərpası üçün sərf olunacaq. Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozo deyib ki, Gürcüstana yardım mənəvi borcdur, eyni zamanda Qərbə əsas enerji marşrutu kimi Avropa Birliyi Gürcüstanda maraqlıdır.azadliqradiosu

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar