SON XƏBƏRLƏR

LUKAŞENKO QƏRBDƏN BORC İSTƏDİ

2021.10.20, 07:36
LUKAŞENKO QƏRBDƏN BORC İSTƏDİ

Gunaz.tv
LUKAŞENKO QƏRBDƏN BORC İSTƏDİ Belarus kredit üçün Beynəlxalq Valyuta Fonduna müraciət edib 2139.jpg Belarus ilk dəfə Beynəlxalq Valyuta Fonduna müraciət edərək iqtisadi stabilliyin təmin olunması üçün uzunmüddətli kredit xahiş edib. “Röyter” agentliyinin məlumatına görə, bu barədə ölkənin Mərkəzi Bankı bəyan edib. Uzun müddətdir Qərblə qarşıdurma içərisində olan Belarusun qlobal iqtisadi böhranın yaratdığı təhlükə qarşısında qalaraq bu xahişlə müraciət etdiyi bildirilir. Belə ki, ölkə iqtisadiyyatı böyük ölçüdə Rusiyadan asılıdır. Lakin indi Rusiyanın özündə ciddi iqtisadi probemlər başlayıb və Moskva Belarus iqtisadiyyatını dotasiyalarla təmin etmək iqtidarında deyil. Mərkəzi Bankdan bildiriblər ki, nə qədər kredit ayrılacağı BVF-dən asılıdır. Lakin məlumatlara görə, Belarus fonddan 2 milyard dollar xahiş edir. Belarus Mərkəzi Bankından bildirildiyinə görə, xarici hökumətlərdən ölkənin kommersiya banklarına depozitlərin cəlb olunması da nəzərdə tutulur. Bildirilir ki, Minskin BVF-dən kredit xahiş etməsi Belarusla Qərb arasında son vaxtlar müəyyən qədər istiləşən münasibətlərin nəticəsidir. Artıq Avropa Birliyi Belarus prezidenti Aleksandr Lukaşenkoya və onun hökumətinin üzvlərinə viza qadağasını ləğv edib. Lakin Belarus rəsmilərinin Avropadakı bank hesabları hələ də dondurulmuş qalır. Xəbər xidməti musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar