SON XƏBƏRLƏR

Pakistanda raketlə vurulan mədrəsədə 7 nəfər öldü

2021.10.20, 07:36
Pakistanda raketlə vurulan mədrəsədə 7 nəfər öldü

Gunaz.tv
Pakistanda raketlə vurulan mədrəsədə 7 nəfər öldü mecid-partladildi.jpg ABŞ pilotsuz təyyarəsinin Pakistan-Əfqanıstan sərhədində yerləşən mədrəsəni raketlə vurması nəticəsində 7 nəfər həlak olub. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, raketlərdən biri mədrəsənin yaxınlığındakı evə dəyib. Şahidlər bildirirlər ki, pilotsuz təyyarələr Şimali Vəziristan əyalətində həyata keçirdikləri əməliyyat zamanı hədəfə doğru 3 raket buraxıblar. Onlardan biri mədrəsəyə, digər isə yaxınlıqdakı evə dəyib. Təhlükəsizlik orqanlarının əməkdaşı ölənlər arasında terrorçuların da olduğunu bildirir. Digər mənbələr isə raketlə vurulan evdə 8 terrorçunun olduğunu bildirirlər. Onların arasında “əl-Qaidə” terror təşkilatının yüksək vəzifəli üzvü Xalid Həbib də var. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar