SON XƏBƏRLƏR

Azərbaycanlı əsgərin hansı şəraitdə əsir götürülməsi araşdırılır

2021.10.20, 07:36
Azərbaycanlı əsgərin hansı şəraitdə əsir götürülməsi araşdırılır

Gunaz.tv
Azərbaycanlı əsgərin hansı şəraitdə əsir götürülməsi araşdırılır mudafienazirliyib.jpg Müdafiə Nazirliyi Azərbaycan Ordusunun əsgəri, 1989-cu il təvəllüdlü Həsənov Rafiq Rəhman oğlunun Ermənistan hərbçiləri tərəfindən əsir götürülməsi faktını təsdiqləyib. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu APA-ya bildirib ki, əsgərin hansı şəraitdə əsir götürülməsi ilə bağlı araşdırma aparılır. Nazirlik sözçüsü R. Həsənovun bu ilin aprel ayında Ağdam rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırıldığını deyib. Qeyd edək ki, R. Həsənovun Ermənistan hərbçiləri tərəfindən oktyabrın 8-də qoşunların təmas xəttində əsir götürülməsi barədə Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası dünən məlumat yayıb. Bildirilib ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyindən Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına daxil olan məlumata görə, hazırda Ermənistanda saxlanılan Həsənov Rafiq Rəhman oğluna oktyabrın 16-da BQXK-nın Ermənistandakı nümayəndəliyinin əməkdaşları tərəfindən baş çəkilib, onunla rəftarın və saxlanma şəraitinin beynəlxalq humanitar hüquq normalarına uyğun olduğu bildirilib. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən Rafiq Həsənovun əsirlikdən azad olunması istiqamətində müvafiq tədbirlər görülür. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar