SON XƏBƏRLƏR

Neftin qiyməti yenə düşüb: qara qızılın 1 barreli 64 dollar 52 sentə satılır

2021.10.20, 07:36
Neftin qiyməti yenə düşüb: qara qızılın 1 barreli 64 dollar 52 sentə satılır

Gunaz.tv
Neftin qiyməti yenə düşüb: qara qızılın 1 barreli 64 dollar 52 sentə satılır neft.jpg Ucuzlaşmaya OPEK-in hasilat kvotasını azaltmasının ciddi nəticə verməyəcəyi barədə yayılan xəbərlər səbəb olub Dünya bazarında neft 6 faiz ucuzlaşaraq son 15 ayda ilk dəfə 64 dollar 52 sentə satılıb. Azəri layt markalı Azərbaycan nefti isə dünənki hərraclarda 69 dollar 10 sentə alınıb. Ucuzlaşmaya neft ixrac edən ölkələr birliyi OPEK-in hasilat kvotasını azaltmasının ciddi nəticə verməyəcəyi barədə yayılan xəbərlər səbəb olub. Qızılın da qiyməti aşağı düşüb. İndi əmtəə birjalarında bu qiymətli metalın 1 unsiyası 745 dollara (1 q - 24 dollar) satılır. Ötən gün dünyanın fond bazarları isə səhmlərin ucuzlaşması ilə yadda qalıb. Avropa birjalarında əsas indekslər 3 faiz, Asiya birjalarında isə 6 faiz aşağı düşüb. Amerika birjaları da hərracları 2 faizlik enmə ilə başlayıb. Rusiya birjalarında da səhmlərin qiyməti 4 faiz aşağı düşüb./Euronews/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar