SON XƏBƏRLƏR

ABŞ İRANIN İXRACAT İNKİŞAF BANKINA SANKSİYA TƏTBİQ ETDİ

2021.10.20, 07:36
ABŞ İRANIN İXRACAT İNKİŞAF BANKINA SANKSİYA TƏTBİQ ETDİ

Gunaz.tv
ABŞ İRANIN İXRACAT İNKİŞAF BANKINA SANKSİYA TƏTBİQ ETDİ ABŞ Xəzinədarlıq Nazirliyi oktyabrın 22-də İran İxracat İnkişaf Bankına sanksiya qoyub. «Media forum» saytının məlumatına görə, sanksiya İxracat İnkişaf Bankının ABŞ-dakı hesablarının dondurulmasını, şirkətlərin, həmçinin Amerika vətəndaşlarının onunla əməkdaşlığının qadağan olunmasını nəzərdə tutur. Nazirlik İxracat İnkişaf Bankını İran Müdafiə Nazirliyinə və bu ölkənin ballistik raketlər istehsalı proqramına maliyyə xidmətləri göstərməkdə günahlandırıb. Xəzinədarlıq nazirinin müavini Stuart Levi jurnalistlərə açıqlamasında deyib: «İranın İxracat İnkişaf Bankına qoyulan sanksiya onun BMT-nin İrana qarşı qətnamələri pozmasından irəli gəlir. Hesab edirik ki, dünyadakı bütün maliyyə qurumları bu məsələ ilə bağlı lazımi tədbirləri görəcəklər». «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar