SON XƏBƏRLƏR

Ermənilər azərbaycanlı əsgəri əsir götürüblər

2021.10.20, 07:36
Ermənilər azərbaycanlı əsgəri əsir götürüblər

Gunaz.tv
Ermənilər azərbaycanlı əsgəri əsir götürüblər giriv-esir-dushen.jpg Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin əsgəri, 1989-cu il təvəllüdlü Həsənov Rafiq Rəhman oğlu 8 oktyabr 2008-ci il tarixdə qoşunların təmas xəttində Ermənistan hərbçiləri tərəfindən naməlum şəraitdə əsir götürülüb. Lent.az-ın məlumatına görə, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının saytında bildirilib. Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycandakı Nümayəndəliyindən Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına daxil olmuş məlumata görə, hazırda Ermənistanda saxlanılan Həsənov Rafiq Rəhman oğluna 16 oktyabr 2008-ci il tarixdə BQXK-nın Ermənistandakı Nümayəndəliyinin əməkdaşları tərəfindən baş çəkilib, onunla rəftarın və saxlanma şəraitinin beynəlxalq humanitar hüquq normalarına uyğun olduğu bildirilib. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən Rafiq Həsənovun əsirlikdən azad olunması istiqamətində müvafiq tədbirlər görülür. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar