SON XƏBƏRLƏR

«XALİS RUSİYA TƏŞƏBBÜSÜ». SƏFİR AZƏRBAYCAN və ERMƏNİSTAN PREZİDENTLƏRİNİN MOSKVAYA DƏVƏT OLUNMASINI BELƏ ADLANDIRIB

2021.10.20, 07:36
«XALİS RUSİYA TƏŞƏBBÜSÜ». SƏFİR AZƏRBAYCAN və ERMƏNİSTAN PREZİDENTLƏRİNİN MOSKVAYA DƏVƏT OLUNMASINI BELƏ ADLANDIRIB

Gunaz.tv
«XALİS RUSİYA TƏŞƏBBÜSÜ». SƏFİR AZƏRBAYCAN və ERMƏNİSTAN PREZİDENTLƏRİNİN MOSKVAYA DƏVƏT OLUNMASINI BELƏ ADLANDIRIB vasiliistratov3.jpg «Qarabağ münaqişəsinin tənzimlənməsi üçün format müxtəlif ola bilər, amma əsas odur ki, nəticə olsun». «Turan»ın məlumatına görə, bunu Rusiyanın Azərbaycandakı səfiri Vasili İstratov oktyabrın 23-də keçirdiyi mətbuat konfransında Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin noyabrın əvvəlinə Moskvaya planlaşdırılan görüşü ilə bağlı sualları cavablandırarkən deyib. Səfirin sözlərinə görə, Qarabağ münaqişəsinin tənzimlənməsində çoxlu format var, onlar bir-birini tamamlayır, müəyyən mənada kəsişir və müəyyən mənada paralel də ola bilərlər: «Amma xoşbəxtlikdən formatların heç biri o birinin əleyhinə deyil». Bununla belə V.İstratov hesab edir ki, ATƏT-in Minsk qrupu əsas format olaraq qalır. Onun fikrincə, bu format yaxşı təcrübə qazanıb və konkret təkliflər irəli sürüb: «Ancaq tərəflər bu təkliflərin hamısı üzrə razılıq əldə etməyib». Səfir Azərbaycan və Ermənistan prezidentlərinin Moskvada planlaşdırılan görüşündən danışarkən qeyd edib ki, «bu, xalis Rusiya təşəbbüsü»dür. O, Ankaranın da eynilə bu cür vasitəçilik təşəbbüsü ilə çıxış edərək Nyu-Yorkda Türkiyə, Azərbaycan və Ermənistanın xarici işlər nazirlərinin görüşünü təşkil etdiyini xatırladıb. V.İstratov Türkiyənin regionda istənilən tənzimlənmədə fəal işitrak etdiyini və bunun digər region ölkələrində qıcıq yaratmadığını blidirib. Medvedyevin Moskvada Ermənistan prezidenti ilə görüşmək təklifinə Azərbaycan tərəfinin müsbət cavab verib-vermədiyi haqda sualına cavabında səfir deyib ki, onda bu təklifin rədd edilməsi barədə informasiya yoxdur. «Moskva görüşü Qarabağ probleminin tənzimlənməsində bir dönüş yarada bilərmi» sualına cavabında V.İstratov avqustda Gürcüstanda baş verən hadislərdən sonra regionda durumun daha da mürəkkəbləşdiyini vurğulayıb: «Bu hadisələrdən heç kim qazanmadı. Bu həqiqətin dərk olunması Qarabağ tənzimlənməsinin xeyrinə olan əsas arqumentdir». mediaforum

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar