SON XƏBƏRLƏR

GÜRCÜSTAN MDB-dən 2009-cu İL AVQUSTUN 18-də ÜZÜLƏCƏK

2021.10.20, 07:36
GÜRCÜSTAN MDB-dən 2009-cu İL AVQUSTUN 18-də ÜZÜLƏCƏK

Gunaz.tv
GÜRCÜSTAN MDB-dən 2009-cu İL AVQUSTUN 18-də ÜZÜLƏCƏK Gürcüstanın MDB-dən çıxması gələn yay reallaşacaq. «Media forum» xəbər verir ki, MDB icraçı katibinin sədr müavini Novruz Heydərov Gürcüstanın qurumdan çıxması ilə bağlı nizamnamə prosedurlarının icrasına başlandığını deyib: «Nizamnamənin 9-cu bəndinə əsasən, MDB üzvü qurumdan çıxmaq istəyini 12 ay əvvəl yazılı müraciətlə bildirir. Gürcüstanın MDB-dən çıxmaq haqda yazılı müraciətinin 12 ayı 2009-cu il avqustun 18-də tamamlanacaq». MDB-ni 1991-ci ildə keçmiş SSRİ məkanına daxil olan 11 ölkə – Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikstan, Türkmənistan, Özbəkistan və Ukrayna yaradıb. 1993-cü ildə Gürcüstan da birliyə qəbul olunub. 2008-ci ilin avqustun 18-də Gürcüstan Xarici İşlər Nazirliyi Rusiyanın bu ölkəyə təcavüzünü əsas gətirərək quruma MDB-dən çıxmaqla bağlı nota göndərib. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar