SON XƏBƏRLƏR

4000 azərbaycanlı tələbə xaricə təhsil alır

2021.10.20, 07:36
4000 azərbaycanlı tələbə xaricə təhsil alır

Gunaz.tv
4000 azərbaycanlı tələbə xaricə təhsil alır Son iki ildə xarici ölkələrin nüfuzlu universitetlərində təhsil almaq üçün 250 azərbaycanlı tələbə göndərilib. Bu barədə məlumat verən təhsil naziri Misir Mərdanovun sözlərinə görə, həmin tələbələrin təhsil haqları və digər xərcləri dövlət tərəfindən ödənilir: "Ümumilikdə isə 4000 tələbə xarici ölkələrdə təhsil alır. Onlardan yalnız 1000 nəfərinin təhsil haqqı dövlət tərəfindən maliyyələşdirilir. Hazırda Almaniya və Böyük Britaniyada təhsilini başa vuran 4 magistr ölkəyə dönmək barədə nazirliyə müraciət edib. Bizim ən ehtiyat etdiyimiz məsələ bununla bağlı idi ki, xarici ölkələrdə təhsil alan tələbələr geri qayıdacaq, yoxsa yox. Artıq bu problem də həll olunmaq üzrədir". Qeyd edək ki, hazırda 6500-dən artıq əcnəbi tələbə Azərbaycanda təhsil alır. Təhsil nazirinin bildirdiyinə görə, 3 il əvvəl bu göstərici 2000 təşkil edirdi: " Buna səbəb Azərbaycanda təhsilin keyfiyyətinin artmasıdır. Əgər bizim daha yaxşı şəraitimiz olsa, yataqxanalarımızda şərait yaradılsa, ingilis dilində təhsil vermək imkanımız olsa, bu sayı xeyli artırmaq olar". ("OLAYLAR"İA)

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar