SON XƏBƏRLƏR

Türkdilli xalqların vahid dildə danışması zamanın tələbidir_Nizami Cəfərov: "Türkiyə türkcəsinin vahid dil kimi qəbul edilməsi daha realdır"

2021.10.20, 07:36
Türkdilli xalqların vahid dildə danışması zamanın tələbidir_Nizami Cəfərov: "Türkiyə türkcəsinin vahid dil kimi qəbul edilməsi daha realdır"

Gunaz.tv
Türkdilli xalqların vahid dildə danışması zamanın tələbidir Nizami Cəfərov: "Türkiyə türkcəsinin vahid dil kimi qəbul edilməsi daha realdır" 1224687895_nizami_ceferov.jpg Türk xalqları vahid dildə danışacaq. Türkiyənin paytaxtı Ankara şəhərində keçirilən Vl beynəlxalq türk dili qurultayında bu məsələ ətrafında müzakirələr başlayıb. Qeyd edək ki, on gün davam edəcək tədbirdə türk xalqlarının bir-biri ilə əlaqəsi, qədim türk yazılı abidələrinin öyrənilməsi məsələləri də müzakirə olunur. Qurultayda Azərbaycandan 20-yə yaxın dilçi alim iştirak edir. Qurultayın gündəliyində müzakirə olunan əsas məsələlərdən biri də vahid türk dilinin yaradılmasıdır. AMEA-nın müxbir üzvü, miilət vəkili Nizami Cəfərovun sözlərinə görə, ortaq dil problemləri demək olar ki, həll olunub. Türkiyə türkcəsinin vahid dil kimi qəbulu daha realdır. Bu məsələyə qısqanclıqla yanaşanlar da az deyil. Hətta bəzi türkdilli dövlətlərin müxtəlif zamanlarda iddiaları da baş qaldırır. Amma Türkiyə türkcəsinin ortaq dil kimi qəbul olunması digər dillərin sıxışdırılmasına səbəb olmayacaq. Belə ki, qloballaşan dünyada türkdilli xalqların vahid dildə danışması zamanın tələbidir. ("OLAYLAR"İA)

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar