SON XƏBƏRLƏR

PAN Gİ MUN BMT GÜNÜ MÜNASİBƏTİLƏ MÜRACİƏT EDİB

2021.10.20, 07:36
PAN Gİ MUN BMT GÜNÜ MÜNASİBƏTİLƏ MÜRACİƏT EDİB

Gunaz.tv
PAN Gİ MUN BMT GÜNÜ MÜNASİBƏTİLƏ MÜRACİƏT EDİB pan_gi_mun_250.jpg BMT-nin baş katibi Pan Gi Mun 24 oktyabr - BMT Günü münasibətilə müraciət edib. 2008-ci ilin təşkilatın həyatında mühüm il olduğunu vurğulayan Pan Gi Mun Minilliyin İnkişaf Məqsədlərində öz əksini tapmış XXI əsrdə daha yaxşı dünya qurmaq, ümumi məqsədə nail olmaq üçün artıq yolun yarısını qət etdiklərini bildirib. Baş katib deyib ki, müasir dünyada təhlükələrdən heç kim sığortalana bilməz: «İqlim dəyişikliyi, xəstəliklərin və kütləvi qırğın silahlarının, eyni zamanda, terrorizm bəlası sərhəd tanımır. Əgər biz ümumi rifaha nail olmaq istəyiriksə, onda ümumbəşəri ictimai rifahı təmin etməliyik». AzərTAc-ın məlumatına görə, BMT-nin uğurlarından danışan baş katib qeyd edib ki, qlobal malyariyaya qarşı mübarizə cəhdləri hər 30 saniyədə bir uşağın dünyasını dəyişməsinə səbəb olan xəstəliyin qarşısını alınmasında nailiyyətlərlə nəticələnib: «Buna məqsədyönlü milli planlaşdırma, maliyyə resurslarının artırılması, əlaqələndirilmiş qlobal idarəçilik, elmin və texnikanın son nailiyyətlərinin tətbiq olunması vasitəsilə nail olmuşuq. Bunlar bizə Minilliyin Bəyannaməsində öz əksini tapmış inkişaf sahəsində mövcud olan digər məqsədlərə nail olmaq üçün lazımdır. BMT daha təhlükəsiz, sağlam və daha inkişaf edən dünyanın yaradılmasını təmin etməlidir»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar