SON XƏBƏRLƏR

Enerji sahəsində qarşıdurma güclənəcək . Rusiya, İran və Qətərin "qaz-OPEC"i ilə bağlı anlaşması ABŞ-ı razı sala bilməz

2021.10.20, 07:36
Enerji sahəsində qarşıdurma güclənəcək . Rusiya, İran və Qətərin "qaz-OPEC"i ilə bağlı anlaşması ABŞ-ı razı sala bilməz

Gunaz.tv
Enerji sahəsində qarşıdurma güclənəcək Rusiya, İran və Qətərin "qaz-OPEC"i ilə bağlı anlaşması ABŞ-ı razı sala bilməz 3_231008.jpg Rusiya, İran və Qətər uzun müddət davam edən danışıqlardan sonra, öz aralarında "qaz OPEC"i yaratmaq haqda razılaşma əldə etdilər. Razılaşmanın İranın neft naziri Qulamhüseyn Nəzəri, Qətərin yanacaq-energetika naziri Abdulla bin Həməd əl-Atiyyə və "Qazprom"un prezidenti Aleksey Miller arasında Tehranda keçirilən görüş zamanı əldə olunduğu bildirildi. Qeyd edək ki, ABŞ qaz hasil edən ölkələrin birləşməsinə dair ilk dəfə Rusiyanın ortaya atdığı ideyaya qarşı çıxırdı. Ona görə ki, belə təşkilat təbii qazın qiymətlərini diqtə edəcək və Rusiyanın beynəlxalq arenada mövqelərini gücləndirəcək. Rusiya "qaz OPEC"inə Azərbaycan və Türkmənistanı da cəlb etməyə çalışır. Bu məsələ ətrafında əvvəllər bəzi danışıqlar da olub. Maraqlıdır, "qaz OPEC"nin yaranması dünya siyasi düzəninə necə təsir edə bilər və bu birliyə Azərbaycanın qouşulması mümkün görünürmü? Politoloq Sülhəddin Əkbərin sözlərinə görə atılan son addım kifayət qədər ciddi bir hadisə kimi qiymətləndirilməlidir. "Bilirsiniz ki, hər üç ölkə dünyada qaz ehtiyatlarına görə ilk üçlüyü tuturlar. Daha doğrusu Rusiya birinci, İran ikinci, Qətər isə üçüncü yeri tutur. Məhz bu addım qaz enerjisinə aktiv nəzarəti ələ keçirmək üçündür. Sözsüz ki, bundan ABŞ və digər ölkələr razı qala bilməz və narazılıqlarını açıq şəkildə ortaya qoyacaqlar. Üç dövlətin bu məsələ ilə bağlı ilkin razılığa gəlməsi enerji sahəsində qarşıdurmanı genişləndirəcək. Eyni zamanda digər ölkələrin İrana münasibəti daha da sərtləşəcək. Bilirsiniz ki, son dövürlər neftin qiymətinin düşməsi Rusiya və İrana çox böyük zərbə vurur. Məhz bu məsələ də hər iki dövlətin qaz məsələsində razılığa gəlməsi üçün maraqları bir qədər də yaxınlaşdırdı. Əslində bu üç ölkənin qaz məsələsinə görə birgə mövqe sərgiləməsi xeyli müddət idi ki, müzakirə olunurdu. Sadəcə olaraq dediyim kimi, neftin qiymətinin düşməsi və eyni zamanda regionda baş verən hadisələr məsələnin həllini tezləşdirdi. Düzdür, bu hələ ilkin razılaşmadır. Amma hesab edirəm ki, üçlük "qaz-OPEC"nə başqa dövlətləri də cəlb edə biləcəklər". Azərbaycanın "qaz-OPEC"nə daxil olmasının mümkünlüyünə gəldikdə isə politoloq bunu istisna edir. Sülhəddin Əkbərin sözlərinə görə Azərbaycan iqtisadi-siyasi strategiyasını müəyyən edib və buna görə də onun yeni birliyə qouşalacağı inandırıcı deyil. Teymur sherg

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar