SON XƏBƏRLƏR

Türkiyə terrorçu Abdullah Öcalalana hər gün 125 min YTL xərcləyir

2021.10.20, 07:36
Türkiyə terrorçu Abdullah Öcalalana hər gün 125 min YTL xərcləyir

Gunaz.tv
Türkiyə terrorçu Abdullah Öcalalana hər gün 125 min YTL xərcləyir 20081023131031_1.jpg “Yeni Şərq”in informasiua agentliklərinə istinadən verdiyi xəbərə əsasən, Türkiyədə İmralı adasında həbsdə olan PKK terror təşkilatının sabiq lideri Abdullah Öcalanın bir günlük maliyyəti açıqlanıb. Bu barədə məlumatı “Bugün” qəzetinin köşə yazrı Adem Yavuz Arslan verib. Yazıçının araşdırmalarına görə, adada bir məhkum var və bütün ada 165 təhlükəsizlik kamerası ilə nəzarətdə saxlanılır. Bu kameralardan 7-si Öcalanın otağındadır. Bundan başqa, adada 250 nəfəri zabit olmaqla 1000 nəfərlik hərbi personal var. Burda olan əsgərlər hər üç aydan bir dəyişdirilir və kəsinliklə şəhid qohumları adada vəzifələndirilmir. Ada sudan da hərbi dəniz donanmasının əsgərləri tərəfindən mühasirədədir. Terrorçu liderin otağına silahla girmək qadağandır. Yemək üçün bir dəfəlik qablardan istifadə olunur və Öcalan hər 15 gündən bir tibbi müayinədən keçirilir. PKK liderinin saxlanılması Türkiyə dövlətinə hər gün 125 min YTL-yə (64 min manata) başa gəlir. Rəsmi Ankara artıq bu qalmaqallı maliyyətdən qurtulmaq üçün Abdullah Öcalanın xüsusi rejimli həbsxanaya köçürülməsi məsələsini müzakirə etməyə başlayıb. Hazırda adada jandarma, sahil təhlükəsizlik, Ədliyyə Nazirliyi, Hərbi Dəniz Donanması və Quru Qoşunlarından ibarət 5 ayrı qurum faliyyət göstərir. Yeni Şərq

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar